Gunay Ismayilova  1

Asinxron inkişaf nədir?

Baxış sayı: 834

Asinxron inkişaf anlayışı uşaq inkişafının və dizontogenezin izahında istifad olunan mühüm terminlərdən biridir. Bununla belə, termin müxtlif elmi mənbələrdə eyni məna daşımır. Xüsusən postsovet xüsusi psixologiya və defektologiya ədəbiyyatında “asinxroniya” bəzən dizontogenezin ayrıca növü kimi t.əqdim olunur, bəzən isə daha geniş mənada inkişafın normal gedişindən yayınmanı ifadə edən ümumi çərçivə kimi işlədilir [1, 2]. Bu məqalənin məqsədi asinxron inkişaf anlayışını heteroxroniya ilə müqayisədə izah etmək, onun əsas formalarını sistemləşdirmək və ilkin diaqnostik qiymətləndirmək üçün praktik nəticələr çıxarmaqdır.

 

Normal inkişaf, heteroxroniya və sinxronluq.

Normal ontogenez bütün psixi funksiyaların eyni templə və eyni vaxtda formalaşması demək deyil. İnkişaf psixologiyası və neyropsixoloji inkişafın heteroxron xarakter daşıdığı qəbul edilir: ayrı-ayrı funksional sistemlər fərqli zamanlarda aparıcı mövqeyə keçir, lakin bu dəyişmə ümumi inkişaf qanuna-uyğunluqları çərçivəsində baş verir [4, 5]. Bu baxımdan “sinxronluq” anlayışını “hamısının eyni anda yetişməsi” kimi deyil, “hər funksional sistemin öz inkişaf vaxtında formalaşması” kimi başa düşmək daha doğrudur. Demli, heteroxroniya normal inkişafın daxili qanunudur; asinxroniya isə həmin zaman nizamının pozulması, yəni funksiyanın vaxtından geri qalması, normadan xeyli qabağa getmsi və ya inkişaf trayektoriyasının keyfiyyətcə dəyişməsi ilə xarakterizə olunur [1, 2].

asinxron inkisaf

Asinxron inkişafın mahiyyəti.

Asinxron inkişaf bir və ya bir neçə funksional sistemin tipik inkişaf xronologiyasından kənara çıxmasıdır. Bu knaraçıxma yalnız kəmiyyət baxımından (məsələn, gecikmə sürti) deyil, keyfiyyət baxımından da əhəmyyətli ola bilər. Başqa sözlə, asinxroniyada psixi funksiyalar arasında yaşa uyğun nisbət pozulur və inkişafın ümumi strukturu dəyişir [1]. Rusdilli xüsusi psixologiya ədəbiyyatında bu anlayışın tarixi kontekstinin Ernstom Kreçmerin yeniyetmə psixikasının disharmonik xüsusiyyətlərinə dair təsvirləri iləəlaqəlndirildiyi göstrilir; daha sonrakı dövrdə isə termin dizontogenez nəzəriyyəsində genişləndirilmiş şəkildə işlənmişdir [6, 2]. Bu səbəbdən terminoloji baxımdan “asinxroniya” sözünün həm tarixi, həm də müasir təsnifedici məna daşıması bəzən qarışıqlıq yaradır. Bəzi mənbələrə əsasən “asinxron” inkişaf bir neçə forması ayırd edilir:

1) Retardasiya

Retardasiya bir və ya bir neçə funksional sistemin inkişaf tempinin ləngiməsidir. Bu forma iki əsas şəkildə qiymətləndirilir [1, 3]:

  • Müvəqqəti və keçici gecikmə müyyən inkişaf mərhələsində müşahidə olunur və uyğun korreksiya, təlim və ya mühit dəstəyi ilə qismən və ya tam aradan qalxa bilər;
  • Sabit və keçməyən gecikmə daha davamlı struktur pozuntularla əlaqələndirilir və uzunmüddətli xüsusi dəstək tələb edir.

Nitq inkişafının gecikməsi, praksisin formalaşmasının ləngiməsi, diqqət tənziminin yetərsizliyi kimi şərh oluna bilər. Lakin bu halların keçici, yoxsa davamlı xarakter daşıması yalnız dinamik müşahidə, anamnez və kompleks qiymtlndirmə ilə müyyənləşdirilməlidir.

2) Akselerasiya

Akselerasiya ayrı-ayrı funksional sistemlərin onlar üçün tipik inkişaf müddətini nəzərəçarpacaq dərəcədə qabaqlamasıdır. Burada məsələ yalnız “tez inkişaf” deyil; əsas meyar inkişafın ümumi strukturunda qeyri-bərabər irəliçıxmadır. Yəni bir sahənin vaxtından əvvlə güclü inkişafı başqa sahələrin yaşa uyğun formalaşması il uzlaşmaya da bilər [1].

3) Reqressiya

Reqressiya daha əvvəl formalaşmış funksiyanın müvəqqəti olaraq daha erkən inkişaf səviyyəsinə qayıtmasıdır. Qeyd olunanədəbiyyatlarda vurğulanır ki, ontogenezdə daha “gənc” funksiyalar reqressiyaya daha həssas olur [1, 3]. Reqressiya ilə dağılma eyni şey deyil.Reqressiyada əvvəlki mərhələyə qayıdış müşahidə oluna bilər, dağılmada isə funksiyanın kobud dezorganizasiyası və ya itməsi baş verir. Müasir klinik təsnifatlarda autizm spektr pozuntuları, şizofreniya spektr pozuntuları və şəxsiyyət patologiyaları ayrıca nozoloji çərçivələrdə təsvir edilir.Buna gör onları birbaşa “asinxroniya” termini iləəvəz etmk düzgün deyil. Bununla bel, inkişaf trayektoriyasının qeyri-bərabərliyi və bəzi hallarda reqressiv dinamika bu vəziyyətlərin klinik təsvirində nəzərə alınır [7, 8, 9].

4) Əyilmiş inkişaf

Bir psixikada retardasiya, akselerasiya, reqressiv meyllər və ya seçici dezinteqrasiya əlamtlərinin birlikdə müşahidə olunması xüsusi psixologiyada əyilmiş inkişaf kimi təqdim edilir [1, 2]. Bu anlayış xüsusilə autizm və digrə mürəkkəb inkişaf profillrinin təsvirində işlədilmişdir. Lakin müasir klinik praktikada belə halların diaqnostikası beynlxalq təsnifat sistemləri və multidissiplinar qiymətləndirməəsasında aparılmalıdır [7].

İlkin diaqnostika üçün praktik suallar.

 İlkin qiymətləndirmədə mütəxəssis aşağıdakı ardıcıllığı rəhbər tuta bilər:

1) Müşahidə olunan inkişaf profili normal heteroxroniyanın hüdudlarındadır, yoxsa asinxron xarakter daşıyır;

2) Əgər asinxronluq varsa, bu erkn inkişafdan mövcud olub, yoxsa sonradan reqressiya və ya dağılma nəticəsində yaranıb;

 3) Əgər erkən dövrdən mövcuddursa, o, keçici gecikmə, sabit gecikmə, akselerasiya və ya əyilmiş inkişaf formasındadır;

4) Nəticə hansı funksional sistemlərdə (nitq, praksis, diqqət, sosial qarşılıqlı əlaqə, emosional tənzimləmə v s.) daha aydın görünür.

Bu sualların cavabı yekun diaqnozu avtomatik müəyyən etmir, lakin klinik-pedaqoji qərarın strukturlaşdırılmasına kömək edir. Xüsusilə nitq terapevti, xüsusi pedaqoq və klinik psixoloq üçün inkişafın strukturunun düzgün təsviri sonrakı müdaxilə planının sasını təşkil edir.

 

İstinadlar

[1] Lebedinskiy, V. V. Narusheniya psikhicheskogo razvitiya v detskom vozraste. Moscow: Akademiya, 2003.

 [2] Nikolskaya, O. S. Spetsialnaya psikhologiya. Moscow: Akademiya, 2008.

 [3] Mastyukova, E. M. Osnovy spetsialnoy psikhologii. Moscow: VLADOS, 2001.

 [4] Vygotsky, L. S. Sobranie sochineniy. Tom 5: Osnovy defektologii. Moscow: Pedagogika, 1983.

[5] Luria, A. R. Osnovy neyropsikhologii. Moscow: Moscow State University Press, 1973.

[6] Kretschmer, E. Medizinische Psychologie. Leipzig: Thieme, 1922.

 [7] World Health Organization. ICD-11 Clinical Descriptions and Diagnostic Requirements for Mental, Behavioural and Neurodevelopmental Disorders. Geneva: WHO, 2024.

 [8] Barger, B. D., Campbell, J. M., & McDonough, J. D. Prevalence and onset of regression within autism spectrum disorders: a meta-analytic review. Journal of Autism and Developmental Disorders, 43(4), 817–828, 2013.

 [9] Mesholam-Gately, R. I., Giuliano, A. J., Goff, K. P., Faraone, S. V., & Seidman, L. J. Neurocog nition in first-episode schizophrenia: a meta-analytic review. Neuropsychology, 23(3), 315–336, 2009.

[10] Bondi, M. W., Edmonds, E. C., & Salmon, D. P. Alzheimer’s disease: past, present, and future. Journal of the International Neuropsychological Society, 23(9–10), 818–831, 2017.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




7 şərh “Asinxron inkişaf nədir?

  1. Qerenfil Həsəmova

    Menim ucun asinxron inkisaf anlayisi daha aydinlasdi. Misallar guzel secilib, oxuyanda yorulmur insan.

    Cavabla
  2. Yalcin Cebiyev

    Maqale maraqliydi. Mencə, asinxron inkisaf anlayisi yaxşı izah olunub, amma bazi yerlərdə misallar biraz qarisiq gorunur.

    Cavabla
  3. Ofelya Səlimova

    Maqale menim ucun cox faydali oldu, asinxron inkisafin formalarini anlamaq daha rahat oldu. Menim bir sualim var: bu formalarin her birini praktikada qiymetlendirirken hansilar daha cox problem yaradir?

    Cavabla
  4. Aqil Əliyev

    Oxuyanda cox sey ogrenmek olur. Tek problem, bazi termini biraz qarisiq verir, amma elave edilecek notlar ile anlamaq mumkundur.

    Cavabla
  5. Nəzrin Cavadova

    Menim bele uşaqlarla tecrubem var, meqale meni daha yaxsi anlamağa yardim etdi. Strukturlaşdırilmis diaqnostika həqiqeten faydalidir.

    Cavabla

Yalcin Cebiyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir