sevgi

AŞİQ OLUN: ürəyinizə belə faydası var – TÜRK PSİXOLOQ

Baxış sayı: 1. 660

Türkiyəli psixoloq Mustafa Varol Yorulmaz ürək sağlamlığını qorumaq istəyənlərə “aşiq olun” məsləhətini verib. “Gencaile.az” Aile.lent.az-a istinadən psixoloqun məsləhətlərini təqdim edir.

Həkim bildirir ki, aşiq olmaq zövq və xoşbəxtlik bəxş edən endorfin hormonunun ifraz olunmasına kömək edir: “Daimi eşq həyatı insanın həyat keyfiyyətini artırır. Bütün dünyada ölüm səbəblərinin ilk sırasında ürək və damar xəstəlikləri gəlir. Ürək sağlamlığını qorumaq istəyənlər mütləq aşiq olmalıdırlar. Aşiq olmaq ürəyə yaxşı təsir edir. Çünki zövq və xoşbəxtlik verən endorfin hormonunun ifrazına kömək olur. Bunun sayəsində həm ürəyiniz, həm ruhunuz xoşhal olur”.

Ürək həyat fəaliyyətlərinin ən əhəmiyyətli açarıdır. M. Yorulmaz ürəyimizə sahib çıxmadığımızı və diqqətsiz yanaşdığımızı təəssüflə qeyd edir: “Daha sağlam və daha uzun ömür yaşmaq üçün hər kəs ürəyinə diqqət göstərməlidir. Beynimizə bunu həkk etməliyik – ürəyinə sahib çıx!”

Psixoloq insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr də verib: “Mən artıq ürəyimə xəyanət etməyəcəyəm!” – buna qəti qərar verin. Və bu zamana qədər ürəyinizi sıxan, sizi incidən nə etdisinizsə, nə baş veribsə, hamısını geridə qoyun. Siqareti atın, artıq çəkiniz varsa, arıqlamağa çalışın, idman etməyə başlayın, təzyiq və şəkəriniz varsa, nizama salın. Sağlam və yaxşı qidalanın. Ürəyinizin sağlamlığının öhdəsindən tək gələ bilmirsinizsə və buna gücünüzün çatmayacağını düşünürsünüzsə, mütləq mütəxəssisə müraciət edin, dietoloqla əlaqə yaradın”.

Həkim aktiv həyat tərzi sürməyi, daim hərəkətdə olmağı da tövsiyə edir. Enerjinizi xərcləyə biləcəyiniz bütün hərəkətləri həyatınıza daxil edin: “Piyada yeriyin, evdəki işləri belə rəqs edərək edin. Bol su içmək vacibdir. Xüsusilə ürək narahatlığı olanların bol su içmələri onların həyatını qurtaracaq. Həyata qarşı optimist davranın və aşiq olun! Aşiq olmaq ürəyə yaxşı təsir edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir