yemeye ne var

Qiyməli blinçik dolması belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 622

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu gün sizə sobada qiyməli blinçik dolmasının hazırlanma qaydasından bəhs edəcəyik.

 

Sobada qiyməli blinçik dolması üçün lazım olan ərzaqlar

2 ədəd yumurta

2 stəkan süd

2 yemək qaşığı zeytun yağı

1,50 stəkan un

1 çay qayığı duz

Sobada qiyməli bliçik dolması içliyi üçün lazım olan ərzaqlar

500 q orta yağlı qiymə

1 ədəd böyük soğan

1 dəstə cəfəri

3 yemək qaşığı suxari

1 ədəd yumurta

kəklik otu

cirə

İstəyə görə istiot

qırmızı bibər

1 çay qayığı duz

Sobada qiyməli blinçik dolmasının sosu üçün lazım olan ərzaqlar

1 stəkan süd

2 ədəd yumurta

1 stəkan rəndələnmiş holland pendri

blincik dolmasi

Sobada blinçik dolması xəmirinin hazırlanma qaydası

  • Duru ərzaqları dərin bir qaba alıb qarışdırın.
  • Duz əlavə edin.
  • Unu ələyərək duru ərzaqlara qatın.
  • Blinçik dolmasının xəmirinin duru olması çox vacibdir.
  • Qatı olarsa blinciklərin bişməsi çətinləşər və içi xəmir qalar.
  • Blinçik tavasını yağlayın.
  • Yaxşıca isinmiş tavaya bir çömçə blincik xəmirindən töküb xəmiri tavanın hər yerinə bərabər qalınlıqda yaymağa çalışın.
  • Blincikləri alt üst çevirərək bişirin.
  • Orta atəşdə bişirin.

 

Sobada blinçik dolmasının icliyinin hazırlanması

  • Dolmanın ərzaqlarını 15 dəqiqəyə yaxın yoğurun.
  • 8 ədət uzunsov formalı küftə hazırlayın.
  • Küftələri tavada az yağla azacıq qızardın.
  • Hazırladığınız blinciklərin bir tərəfinə küftələrdən qoyun.
  • Kənarlarını içə qatlayıb rulon kimi bükün.
  • Soba sinisinə yerləşdirin.
  • Sosun ərzaqlarını qarışdırıb yaxşıca çırpın və blinciklərin üzərinə tökün.
  • 180 dərəcə qızdırılmış sobada holland pendirləri qızarana qədər bişirin.

 

Sobada blinçik dolması üçün servis tövsiyəsi

  • Bu yeməyi dilimləyərək və yanında tərəvəz və ya kartof qızartmasıyla servis edin.
  • Sobada blinçik dolmasınınyanında süfrəyə ayran vermək olar.

 

Nuş olsun!

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir