ayaq

Ayaq problemləri zamanı tətbiq edilən üsullar

Baxış sayı: 479
Ayaqda döyənək, daban mahmızı, göbələk və s. problemlərlə yaşından asılı olmayaraq, hər kəs üzləşə bilər. Həmin hallarla mübarizə aparmağın çox sadə və əlçatan üsulları var.Həkim-fitoterapevt Fizuli Hüseynov ayaqlarda olan müxtəlif xəstəliklərlə əlaqədar bəzi xalq təbabəti reseptləri məsləhət görüb.Ayaqlarda döyənəyə qarşı sintetik sirkə (essensiya) ilə un qarışdırılaraq xəmir formasına salınıb döyənəyin üstünə qoyulur, xəmiri qoymazdan əvvəl yapışqan bantla döyənəyin ətraf toxumalarının üzəri bağlanılır. Onu iki-üç dəfə təkrarlayandan sonra döyənək düşür.Daban mahmızı zamanı təzə gicitkən əzilərək mahmızın üzərinə qoyulur və sağalana qədər hər gün təkrar edilir. Yaxud pul bibər toz formasına salınaraq axşamdan nazik təbəqə şəklində dabana çəkilərək bağlanır.

Ayaq barmaqlarında göbələk olanda təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlar silinir və yuyulmur. Ayaqlar tam sağalandan sonra da prosedur davam etdirilməlidir, çünki göbələk sporları gec məhv olur.

Ayaq qoxusunun səbəbi ayaqların çox tərləməsidir. 50 qram adaçayı bitkisi 500 milliqram suda 5 dəqiqə qaynadılıb gündə iki dəfə vanna edilməsi qoxunu azaldır.

Ayaqlardakı ziyil üçün yaxşı vasitələrdən biri ziyilin üstünə əncir südü tökməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir