1277204073_cinsi-terbiye1

“Cinsi tərbiyə” uşaq üçün nə qədər önəmlidir?

Baxış sayı: 525

Bəli, bu sual sizi bir az düşündürə bilər. Uşaq nədir, cinsi tərbiyə nədir? deyə irad da bildirə bilərsiniz. Ancaq nəzərinizə çatdıraq ki, bir çox ölkələrdə məktəblərdə 14 yaşından sonra uşaqlara cinsi tərbiyə dərsləri keçirilir. Burada uşaqlara valideynlərinin deyə və ya izah edə bilmədikləri nüanslar açıqlanır. Əlbəttə ki, yetkinlik dönəmində uşaqlar üçün bu dərslərin keçirilməsi önəmlidir. Amma Azərbaycan təhsil sistemində bu dərslərə yer verilmir. Uşaqlar cinsi tərbiyə və s. bununla bağlı məlumatları internet üzərindən alır. Etiraf edək ki, internetdə bəzən heç də düzgün məlumatlar paylaşılmır.

Yadınızdadırsa, bir neçə il öncə Azərbaycan məktəblərinin birində şagirdlərin cinsi münasibətini əks etdirən görüntülər yayılmışdı. Həmin dövr üçün bu kifayət qədər qalqamaqllı məsələ idi.

Psixoloq Rəvanə Quliyeva bildirir ki, uşaqlar əslində 2 yaşından sonra müxtəlif suallar verməyə başlayır. 3 yaşında qız və oğlan cinsini fərqləndirməyi bacarır. Valideynlər isə, bu dönəmdə uşaqlarına mənasız və yalan məlumatlar verməyə çalışırlar. Uşağın beynində isə hər hansı bir mövzu ilə bağlı sual yarandığı zaman bunu ətrafdan öyrənməyə can atır.

“Uşaq ilk olaraq valideynindən bu barədə soruşur. Həmin an valideynin göstərdiyi reaksiya və verdiyi cavab çox önəmlidir. Qərarsız, istəksiz və əsəbi cavablar uşağı qorxuda bilər. Bu zaman o, ikinci sualı verməkdən çəkinər. Uşaqlarla açıq danışmalı, aydın və sadə sözlərdən istifadə etmək lazımdır. Uşaqlara bu sözləri elmi dildə başa salmaq lazımdır”. – deyən psixoloq bildirir ki, uşaqları daha çox necə dünyaya gəldikləri maraqlandırır. “Mən anamın qarnına necə girdim” sualı bütün uşaqları düşündürən sualdır. Bu suala cavab verərkən valideynlər leyləkdən və ya kələmdən deyil, cinsi münasibətdən danışmalıdır. Bu zaman ana-atanın tanış olmasından və yaşadığı gözəl günlərdən maraqla danışılmalıdır. Belə hekayələr uşaqların əhvalını düzəldir və onları həyata daha da bağlayır.

usaqlar

“Başa düşmək lazımdır ki, uşaq gələcəyin kişisi və ya qadınıdır. Valideyn, uşağı ilə dost olduğu təqdirdə, uşaq cavabını axtardığı sualları başqalarına vermir. Düzgün cavab alan uşaq, başqa yerdə cavab axtarmır” – deyən psixoloq qeyd edir ki, Azərbaycanda valideynlər uşaqları ilə belə mövzuda danışmağı doğru hesab etmir. Buna görə də uşaqlar internetdə ilk olaraq bu suallara cavab axtaramağa çalışır və düzgün olmayan formada informasiyalara məruz qalırlar.

Siz, uşağa hər şeyi bilməsi lazım olduğu şəkildə başa salsanız, övladınız hər bir problemində sizə üz tutacaq. Bu isə onların düzgün addım atmasına yardım edəcək.

“Elə bir dövrdə yaşayırıq ki, uşaqlarımıza hər şeyi düzgün şəkildə anlatmasaq, onlar səhv yol seçə bilərlər. Məktəblərdə bu dərslər keçirilmir. Uşaqlar öz cinsləri ilə tanış olmur, onlara seks haqqında məlumat verilmir. İnternetdən öyrəndiklərini isə təcrübələrlə öyrənməyə çalışırlar. Məhz buna görədir ki, məktəbli qızlar arasında abort halları baş verir. Və yaxud oğlunuzun gələcəkdə qarşı cinsə deyil, öz cinsinə maraq göstərməsini yəqin ki, istəməzsiniz. Və yaxud övladınızın internetdən öyrəndiklərini hansısa xəstəlik daşıyıcısı üzərində sınamasını istəməzsiniz. Məktəblərdə bu dərslər keçirilmirsə, özünüz uşaqlarınızla danışın. Dürüst olun, ətraflı başa salın. Öz doğrularınızı hədə-qorxu və ya təhdid olmadan anladın. Səhvləri başa salın. Sevgi haqqında danışın. Belə olan halda inanın ki, övladınız yalnış addım atmaz”- deyə psixoloq bildirir.

ushagin cinsi

Bəli, Azərbaycan məktəblərində cinsi tərbiyə tədris edilmir. Azərbaycanlı valideynlərin çox hissəsi isə, guya övladı ilə pərdə saxlayıb bu mövzuya toxunmur. Məhz ondandır ki, bu gün qızlarımız cinsi münasibətlə erkən yaşlarında tanış olur, hamilə qalır və aborta yönəlir. Bəlkə də elə buna görə, oğlan övladlarımız da özünə partnyor seçərkən səhv seçim edir.

Utanmasaq, çəkinməsək, övladlarımızla dost ola bilsək, cəmiyyət üçün də faydalı övlad yetişdirmiş olarıq. Amma hələ ki, övladı ilə dost olan və açıq danışmağı bacaran çox az sayda valideyn var. Bəli, uşaqla açıq danışmaq əvvəlcə narahat edici ola bilər. Amma bir iki mövzudan sonra siz dostunuzla danışırmış kimi söhbət edib həyatı ona düzgün formada anlada bilcəksiniz. Sizin danışdıqlarınızdan sonra, uşaqlarınız da internetdə belə mövzuları axtrıb oxumaq marağı yaranmayacaq. Və övladınız həyatı ilə bağlı heç nəyi sizdən gizli saxlayamayacaq. Bəlkə sınayasınız?

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir