Hamilə qadınların daşıdığı ağırlığı nəzərə alsaq onların onurğa sistemində necə ağrılar olduğunu təxmin edə bilərik.
Bunun üçün həkimə və idman mütəxəsisinə müraciət edə bilərsiniz.
Hamiləliyin ilk 3 aylıq dövrü
Hamilələrə yüngül templi yürüyüşlər və onurğa gücləndirəcək stretching (əsnəmə) tərzi kürək məşqləri etdirilir. Əlavə olaraq hamilələrin pilates və yoga kimi məşqlər etməsi də vacibdir.
3-6 aylıq dövr
6-9 aylıq dövr
Körpənin meydana gəlməsinin son mərhələləri və ana qarınının ən çox böyüdüyü zamanlardır. Bu dövrdə körpəni qorumaq məqsədi ilə yalnız oturma mövqeyində hərəkətlər etdirilir. Bununla yanaşı yürüyüşlər və pilates seanslarına qatılması doğumun daha asan və rahat keçməsi üçün son dövrlərdə böyük əhəmiyyət daşıyır.
Hamiləlik əsnasında diqqət yetirilməsi lazım olanlar
Doğumdan sonra diqqət edilməsi lazım olanlar
Ana yüngül və orta templi məşqlər, pilates və yoga seansları, uzun (30-45dəq.) yürüyüşləri seçim edə bilər. Ancaq əmizdirmə dövrü olduğundan südünün keyfiyyətinin pozulmaması üçün edəcəyi məşq şiddət və sıxlığı aşağı olmalıdır. Bədən istiliyini artıra biləcək məşqlərdən qaçınmalı və öz bədən ağırlığı ilə məşqlərini davam etməlidir. Bu sayədə nizamlı əmizdirmə və məşqlə ana yenilənərək hamiləlikdə aldığı kiloları asanlıqla verə bilər.