xorultu

Ya xorultunu kəs, ya da boşanaq….

Baxış sayı: 1. 275
Amerikada 46 yaşlı Cessika Oruvey məhkəmə tarixinə imzasını qoyacaq bir iddia ilə çıxış edib. 
 
O, 12 ildir evli olduğu əri Mark Qruveyi məhkəməyə ona görə verib ki, gecələr bərk xoruldayır. İki əkiz uşaqları olan cütlük olduqca mehriban yaşasalar da, məhz bu problem onları bir-birindən ayrılmağa bəs edib. C.Oruvey ərindən boşanmaq istəmir, amma onun yuxusunu zəhər etdiyini, gün boyu yuxusuzluğun iş motivasiyasına təsir göstərdiyini deyərək, ondan şikayətçi olub: “Dəfələrlə ona müalicə olunmasını dedim, razılaşmadı. Xorultunun qarşısını alan burun bandlarından almasını xahiş etdim, məhəl qoymadı. Nəticədə mən gecələr əsəbdən dəli oluram, gündüzlər isə bu yuxusuzluğa görə işləyə bilmirəm”.
Kompüter mütəxəssisi olan C.Oruvey ərindən 45.000 dollar təzminat tələb edir.
Onun fikrincə, sözügedən məbləğ bu günə qədər onun çəkdiklərinin heç onda biri də deyil. Şanssız ər isə yerli mətbuata açıqlamasında xanımının çox zarafatcıl olduğunu deyib: “Yəqin ki, bu, bizim həyatımızı rəngləndirmək üçün bir oyundur. Əks halda, mən ciddi şəkildə onunla yollarımı ayıracam”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir