Gencaile.az xəbər verir ki, azərbaycanlı müğənni Aytac Vidadıqızının “Rəngli həyat” mahnısı türkiyəli müğənni Linetin xoşuna gəlib. O, mahnını ifa etmək üçün həmyerlimizə müraciət edib.
Hazırda Türkiyədə olan Aytac Vidadiqızı söz və musiqisi özünə məxsus bəstəni türkiyəli həmkarına təqdim etmək üçün İstanbulda bir araya gəlib.
Cütlük mediaya videomüraciət edib. Onlar gələcəkdə duet ifa edəcəklərindən və Bakıda konsert verəcəklərini bildirib.