banan

Banan aclıq hissini öldürən qidaların siyahısında birincidir

Baxış sayı: 1. 358

Banan beyində iştahla bağlı sahəyə təsir edir. Bu nəticəyə çikaqolu alimlər gəliblər. Onların qənaətinə görə, bəzi qidalar aclıq hissini öldürür. Bununla da insan özünü uzun müddət tox hiss edir və daha az yeyir. Bu qidaların siyahısında isə ilk yerdə banan dayanır.

Banan, həmçinin, fiziki gücü artırır. İdmançıların banana meyli də məhz bununla əlaqədardır. Məsələn, velosiped sürərkən qəbul edilən yarım banan enerji içkisi ilə eyni effektə malikdir. Orta ölçülü bir banan, sadəcə, 110 kaloridir. Amma tox saxlamaq effektivliyi uzundur.

C vitamini deyəndə, ağla ilk olaraq sitrus meyvələri gəlir. Amma banan da bu vitaminin mənbəyi sayıla bilər: bir banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir.

Banan B6 vitamini ilə də zəngindir. Gündə bir banan bu vitamin ehtiyacının 20 faizini qarşılayır. B6 isə sağlam hüceyrələrin yaranması üçün vacibdir.

Bundan əlavə, banan sümük inkişafı, sinirlərin gücləndirilməsi, yorğunluğun aradan qaldırlması, böyrək iltihablanması, bağırsaq xəstəliklərində çox faydalıdır.

Qan təzyiqini salmağa kömək edən banan həm də həzmi asanlaşdırır və mədə problemlərindən qoruyur.

Banan hüceyrələrin ömrünü uzadır, erkən yaşlanmağın və qırışların qarşısını alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir