Artıq sabah 2019-cu ilin sonuncu gününü yaşayacağıq. Bu isə artıq bayramın astanasında olmağımız anlamına gəlir. Bayram dedikdə ağıla qohumların bir araya gəldiyi, küsülülərin barışdığı xoş günlər gəlir. Növbənöv təamlar isə Yeni il gecəsinin olmazsa olmazlarındandır.
Bəs hər kəsin günlər öncədən hazırlaşdığı gecəyə nə qədər pul xərclənir? Bayram süfrəsinin neçəyə başa gəldiyini aydınlaşdırmaq üçün araşdırma aparmışıq. Əksər kütlənin kiçik və orta boy məhsullara üstünlük verdiyini nəzərə alaraq bayramda istifadə edilən bir çox məhsulun müxtəlif marketlərdə olan qiymət aralığını sizə təqdim edirik:
Tomat – 2-3 AZN
Acı bibər əzməsi – 5-6 AZN
Uzun düyü – 3.65-8 AZN
Qarğıdalı yağı litrindən asılı olaraq – 3.93-8 AZN (1-2 litr üçün)
Böyük qabda duru yağ – 12-15 AZN
Xörək duzu – 2.55 AZN
Şəkər tozu – 1.60-3 AZN
Toyuq ətindən qıyma – 1.49-2 AZN
Tamlı ciyər 1 kq üçün – 2.99-4 AZN
Mayonez 900 ml – 3.40-4AZN
Yaşıl noxud 680 qr – 1.75-4 AZN
Xiyar turşusu – 1.54-3AZN
Un – 1.40-3 AZN
Qarabaşaq – 1.50-2 AZN
Ketçup – 1.40-2.06
Dondurulmuş kənd toyuğu – 2.99-5 AZN
Nar 1kq – 0.99-2AZN
Portağal – 1.95-3AZN
Alma – 1-3 AZN
Kartof 1 kq – 0.75-1 AZN
Soğan 1 kq – 0.50-1 AZN
Çay – 4.45-5.00 AZN
Zeytun yağı – 19-22 AZN (2 l üçün)
Toyuq qanadı 1 kq – 4.59-6 AZN
Sosis 1 kq – 4.00-10.00 AZN
Kolbasa 310 qr – 5.00-8.00 AZN
Meyvə suları – 1.00-2.00 AZN
Qoşa toyuq qabda donmuş halda – 3-5 AZN
Xama 175 qr – 1-2 AZN
Dana əti 1 kq – 12.90 AZN
Hindi 1 kq – 7.40 AZN
Qırmızı şərab (Savalan) – növündən asılı olaraq 10-20 AZN
Viski – Chivas Regal. 12 illik – 48 AZN
Şampan şərabı – 12 AZN
Qeyd edək ki, bu qiymətlər müxtəlif super marketlərdən əldə edilən ortaq qiymət aralığıdır. Yarmarkalardan isə müəyyən qida məhsullarını nisbətən ucuz qiymətə əldə etmək mümkündür.
Adam sayından asılı olaraq bir yeməyi hazırlamaq üçün hər bir məhsuldan 2-3 ədəd lazım ola bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 12 nəfərlik bayram süfrəsi açmaq istəsəniz minimum yemək sayına görə (2 xörək, bir növ salat, əlavə süfrə üçün gərək duyulan ehtiyaclar) 150-200 manatlıq alış-veriş etməlisiniz.