qadin

“Azadlığ”a qaçan gənclər – Kimdir müqəssir?

Baxış sayı: 471

Son vaxtlar evdən qaçan gənclərin sayı durmadan artır. Təəssüflər olsun ki, bunların arasında qızlar çoxluq təşkil edir. Belə bir sual ortaya çıxır. Səbəb nədir? Valideyn diqqətsizliyi, yoxsa gənclərin özbaşınalığı?

Mövzu ilə bağlı danışan sosioloq Lalə Mehralı bildirir ki, gənclərin evi tərk etməsinin bir çox səbəbləri ola bilər:         

 “Yeniyetmələrin evdən qaçmalarının səbəbi onların ailə münaqişəsi zəminində narahatlıq hissi, özünü təhlükədə qorumaq cəhdi və yaxud “azadlıq eşqi”- nə tutulmasıdır. Bu yaşda uşaqların beyni qarışıq olur. Mütləq dəstək və nəzarət olmalıdır. Bəzən valideynlə uşaq arasında soyuqluq olur ki, nəticədə hansısa problemini, narahatlığıni valideyninə deyə bilmir. Hətta ailə böyüklərindən qoruxduqları üçün qaçmaq məcburiyyətində qalırlar. Bəzən isə yeniyetmələr onların azadlığının  məhdudlaşdırıldığını fikirləşirlər. Azadlıq anlayışının fərqli olduğunu zənn edirlər. Evdən getməklə azadlıqlarını əldə edecəklərini düşünürlər. Demək olar ki, çoxu evdən getdikləri üçün peşman olur. Xüsusilə işsiz, evsiz qaldıqda çətinlikləri başa düşürlər. Lakin peşman olsalar belə, utandıqları və çəkindikləri üçün geri qayıtmaqda çətinlik çəkirlər. Bu elə bir vəziyyətdir ki, nə valideyni övladına nəzarət etmədiyi üçün qınamaq nə də ki, məktəbdəki müəllimləri  günahlandırmaq olur. Çünki müşahidə etsək görərik ki, yaxşı təhsili, daima maraqlanan valideyni  olan uşaqlar belə evdən qaçmağa cəhd edirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir