1) Öz həyatınız olmalıdır.
Öz “ayaqları üzərində dayana bilən” və ictimai həyatını kişi yoldaşlarına görə təşkil etməyən qadınlar,özlərinə güvənən bir xanım kimi diqqət çəkərlər.Bu da kişilərə ən az bu qadınların xarici gözəllikləri qədər təsir edər. Üstəlik yalnız kişi yoldaşınızla deyil, ailənizlə, dostlarınızla ya da tək başınıza zaman keçirməniz, əlaqənizin tarazlığı baxımından da müsbət olacaq.
2) İlk addımı atan siz olmayın.
Bu,üzərində çox mübahisə və müzakirə edilən,amma nəticəyə varılamamış bir mövzudur.Əgər ilk addımı siz atar və görüşləri siz nizamlayarsınızsa, sizinlə həqiqətənmi “maraqlanır”,yoxsa “fürsətimi qaçırmaq istəmir” olduğunu əsla öyrənə bilməzsiniz.
3) Cazibədar olun,sadə deyil.
Əlaqənin ilk günləri,eşqbazlığın ən sıx olduğu zamanlardır,amma bu dövrdə nə çox utancaq olmalısınız,nə də çox çılğın.Həddindən artıq cazibədar bir geyim tərzi ya da cəmiyyət içində həddindən artıq yaxınlıq göstərmələr,əlbəttə ki kişilərin xoşuna gələr,amma əlaqəni ciddi qəbul etmələrini də riskə atar.
4) Dəyər verdiyinizi nümayiş etdirin.
Ona dəyər verdiyinizi göstərmək üçün mütləq bahalı hədiyyələr almanıza,ya da özünüzü ona həsr etmənizə ehtiyac yoxdur.Gündəlik işlərində ona kiçik köməklər edərək də onu düşündüyünüzü,ona dəyər verdiyinizi göstərə bilərsiniz.
5) Onu dəstəkləyin.
Yoldaşlarının,dostlarının,ya da müdirinin qarşısında qürurunu yüksəldəcək sözlər söyləməniz,hər vaxt ona dəstək olduğunuzu hiss etməsini təmin edəcək. Etdiyi zarafatlara hər vaxt gülməniz də eyni təsiri yaradar.
6) Təzyiq etməyin.
Gün ərzində davamlı onu axtarmaq ya da gələcək planları qurmaq istəyə bilərsiniz amma hisslərinizi cilovlayın.Bu tərz davranışlar,birlikdə olduğunuz kişinin özünü narahat,özünə qapanmış hiss etməsinə səbəb ola bilər.Hər şeyi ona söyləmək məcburiyyətində deyilsiniz,onu öz sərbəstliyinə buraxsanız onsuz da planlar qurmağa başlayacaq.Təbii ki,sizi həqiqətən sevirsə.
7) Güzəştə getməyin.
Prinsiplərinizlə güzəştə getməyin və edilən səhv davranışlar qarşısında səssiz qalmayın.Əgər aldadılmağı əsla bağışlamayacağınızı bilsə,özünüzə etdiyiniz hörmət qarşılığında onun da sizə hörməti artacaq.Eyni zamanda,evli,ya da xanım dostu olan kişilərlə əlaqəyə girməyəcəyinizi bilməsi də sizin üçün müsbət olacaq.
8) Yaxşı olanı seçəcəyinizi bilsin.
Hər zaman dürüst və etibarlı olduğunuzu və həyatınızda da belə insanlara yer vermək istədiyinizi ona hiss etdirin.Əgər siz gedəcəyiniz məkanlar haqqında yalan danışmırsınızsa,ondan da eyni davranışı gözləməyə haqqınız var,amma əhəmiyyətli olan onun da belə düşünməsidir.
9) Eşq qadını olun.
Evlilik üçün ən əhəmiyyətli bağın eşq olduğunu düşünürsünüzsə,bunu onun da bilməsini təmin edin.Onunla pul,güvən ya da şöhrər üçün birlikdə olmadığınızı bilməsi,sizə və əlaqənizə olan etibarını artıracaq.