koronavirus

Yaşlı insanlar COVID-19-a niyə bu qədər həssasdırlar?

Baxış sayı: 504

Məlum olduğu kimi, yaşlılar, eləcə də xroniki xəstəlikləri olanlar COVID-19-a yoluxmağa həssas olan risk qruplarındadırlar.

Braun Universitetinin britaniyalı alimləri ilk dəfə yaşlı insanların yeni növ koronavirus infeksiyasına niyə bu qədər həssas olduğunu izah edə biliblər.

Tədqiqatçıların hesabatı risk qrupunun koronavirus infeksiyasına qarşı həssaslığını izah edən hüceyrə və molekulyar prosesləri təsvir edir.

Məlum olduğu kimi, təkcə yaşlılar deyil, həm də şəkərli diabet, hipertoniya, piylənmə, ürək-damar xəstəlikləri, xroniki obstruktiv ağciyər xəstəliyi və astma xəstələri SARS-CoV-2-yə yoluxduqda ağır nəticələr və ölüm riski ilə üzləşirlər.

Alimlərin xüsusi marağına səbəb xitinazaya bənzər zülal – xitinaz 3-ə bənzər zülal 1 olub.

Məlum olub ki, molekul bədəndə zədə və ya iltihab baş verdikdə aktivləşən prosesdə əsas halqadır.

Ekspertlərlər həmçinin müəyyən ediblər ki, xitinaza 3-ə bənzər protein 1 səviyyəsi infeksion xəstəliklərdə, xüsusən də amfizem, astma və xroniki obstruktiv ağciyər xəstəliyində yüksəlir ki, bu da özlüyündə COVID-19 üçün risk faktorudur.

Eyni zamanda məlum olub ki, xitinaz 3-ə bənzər zülal 1-in səviyyəsi qocaldıqca artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir