qara cume

“Qara Cümə” haqda bilmədikləriniz

Baxış sayı: 651

Dilimizdə “Qara Cümə” kimi tərcümə edilən “Black Friday” ənənəsi artıq neçə ildir ki, ölkəmizdə də populyarlaşan və insanların səbirsizliklə gözlədiyi bir hadisədir. Bəs, bu “Qara Cümə” nə deməkdir ?

Beləliklə, xarici mətbuata istinadən sizə “Black Friday”in qısa tarixçəsini  təqdim edirik:

“Qara Cümə” ABŞ-da noyabr ayında qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın yeni il alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq “Qara Cümə” termini son əsrlərə  qədər elə də çox yayılmamışdı. “Qara Cümə” günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayır. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar.

“Qara Cümə” rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında dövlət işçiləri üçün “Şükranlıqdan sonrakı gün” adı altında iş günü hesab olunmur. Məktəblərdə isə həm Şükran günü, həm də ondan sonrakı cümə tətil elan olunmuşdu, bu da şənbə və bazar da daxil olmaqla dörd günü əhatə edən bir həftəsonu mənasını verir.

Bu endirim günü ilk dəfə 1961-ci ildə qəzetlərdə “Black Friday” kimi işıqlandırılmışdı. Həmin gün Filadelfiyada bu alış-veriş zamanı baş verən tıxac, sıxlıq nəticəsində yüzlərlə insan xəsarət almışdı.


“Black Friday” MDB ölkələrində ən çox Rusiyada qeyd edilir. Kanada və İngiltərədə də bu gün qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Azərbaycanda da bu hal müşahidə olunur. “Qara Cümə” artıq ölkəmizdə də xüsusi gün hesab olunmaqdadır. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar. Bu gün Azərbaycanda iri ticarət mərkəzlərində bir çox  markalar endirimlər olacağını artıq bəyan ediblər.

Bu il “Qara Cümə” 26 noyabra təsadüf edir. Bu gün mağazalarda bir çox məhsullar endirimlər satılır. Geyimlər, ayaqqabı, kompüterlər, telefonlar, televizorlar ucuz qiymətə təklif edilir.

Qeyd edək ki, hər il ən çox satılan elektronika məhsullarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir