Babasilin müalicəsində xalq təbabəti

Baxış sayı: 3. 485

Babasil tənbəl, hərəkəti sevməyən insanların xəstəliyidir. Bəzən tualetdə lazımından çox oturanda da babasil xəstəliyi baş verir. Yeməklərə fikir verilməlidir – qəbizlik bu xəstəliyi daha da alovlandırır.

Babasil anus dəliyi ətrafında venoz damarların şişməsi və partlamasıdır.

Profilaktika:

1. Böyük bayıra çıxandan sonra soyuq su ilə yuyunmalı (bu qurd xəstəliyinin profilaktikasında da yaxşıdır);
2. Qəbz olmaqdan qorunmalı;
3. Hər gün 5 km-dən çox gəzməli;
4. Böyük bayıra həmişə eyni vaxtda getməli.

Müalicəsində xalq təbabəti:

* Zeytun yarpağı 50 qram;
* Bağayarpağı 50 qram;
* Dəvədabanı 50 qram;
* Səna 50 qram.

Bu bitkilər bir biri ilə qarışdırılır, 3 xörək qaşığı 3 stəkan suda termosda dəmlənilir və gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Başqa bir resept:

* Üzərlik toxumu 50 qram;
* Həlilə 50 qram.

Bu bitkilər tavada qızardılır və sonra toz formasına salınır. 1 çay qaşığı 1 stəkan suda qarışdırılır və gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Təbii alma sirkəsi (marketdə satılanlar olmaz) gündə 5-6 dəfə pambıqla isladılır və anus dəliyin ətrafına çəkilir.

Əgər babasil yarası dərinləşib isə o zaman bu resptdən istifadə edin:

Malın iç yağı əridilir içinə aloye yarpağı tökülür və əlavə 5 dəq bişirilir. Sonra süzülür və yağdan şam formaları düzəldilir. Bu şamlar gündə 3-4 dəfə düz bağırsağa yeridilir. Bu müalicə yaraların açılıb təmizlənməsinə səbəb olur.

Babasil zamanı gündə 1 dəfə xına suda bişirilir və babasil üzərinə yaxılır, 1 saatdan sonra soyuq su ilə yuyulur.

Qəbizliyin qarşısını almaq üçün gavalı, əncir, şirin alma, üzüm, zeytun, kök, çuğundur kimi meyvə-tərəvəzlərin özlərini və şirələrindən istifadə edə bilərsiniz.

Fizuli Hüseynov

 




1 şərh “Babasilin müalicəsində xalq təbabəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir