“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə badımcan əzməsinin hazırlanma qaydasından bəhs edəcəyik.
Tərkibi:
2 badımcan
2-3 diş sarımsaq
2 x.q. yoqurt (qatıq)
duz
cəfəri
20 qr. kərə yağı
pul bibər
Hazırlanması:
Badımcanı sobada közləyin. Tam bişəndə qabığını soyun. Blendorun qabına badımcan, sarımsaq, cəfəri qoyun və blendordan keçirin. Duz və qatıq əlavə edib yaxşı qarışdırın. Boşqaba düz şəkildə yığın. Balaca tavada kərə yağınə əridin və içinə pul bibər tökün. Qovurub badımcanın üstünə tökün.
Nuş olsun!