“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza badımcan ləvəngisinin hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
12 ədəd kiçik ölçülü təzə badımcan
200 qr. üyüdülmüş qoz
3 ədəd baş soğan
100 qr. yağ
2 x.q. zoğal axtası
Zövqə görə duz, istiot
Hazırlanma mərhələsi
Badımcanlar yuyulur, ortası çərtilir, tumlardan təmizlənir. Yağda hər tərəfi az-maz qızardılır. Soğan ətçəkən maşından keçirilir, yağda qovrulur. Soyuyan soğanın üzərinə qoz üydülmüşü, zoğal axtası, duz və istiot əlavə olunaraq qarışdırılır. İçlik badımcanların içərisinə yığılır. Bir tavaya yığılır. İstər elektrikli sobada, istərsə də qaz sobasında 15-20 dəqiqə bişirilir. Soyuq və ya isti halda servis edilə bilir.
Təqdim etdi: Məsudə Sultan