Bağırsaq mikrobiotası – bağırsağımızda yaşayan, öz fəaliyyət məhsulları ilə bağırsağımızın selikli qişasını, onu təşkil edən enterositlərin tamlığını qoruyan mikrocanlılar toplusudur.
Bu canlılar nəinki, bağırsaq divarını həzm zamanı yaranan toksiki zərərli madələrdən qoruyur, həmçinin, bizim bağırsağımızda qida məhsulların sonadək həzm olunmasında iştirak etməklə ateroskleroz, piylənmə ilə əlaqəli xəstəliklərin riskini azaldır, immuniteti yaxşılaşdırır və B qrup vitaminlərinin, K vitaminin sintezində də iştirak edirlər, ona görə, bağırsaq mikrobiotasında gedən dəyişikliklər metabolik pozulmalara, piylənmə, şəkərli diabet, ateroskleroz, bir sıra allergik xəstəliklərin yaranmasına səbəb olur.
Hələ bizim eradan əvvəl Hippokrat deyib: – bütün xəstəliklər bağırsaqdan başlayır, əgər bağırsaq xəstədirsə, insan sağlam ola bilməz.
Bağırsaq mikrobiotasını – hər insana barmaq izi qədər məxsus olan- mikroaləmi pozan səbəblərdən ən agressiv olanı antibiotiklərdir.
Çünki, antibiotiklər təkcə xəstəliktörədən deyil, həm də bizim bağırsağımızda yaşayan faydalı mikrocanlıları da məhv edir, bunun qarşısının alınmasında probiotiklərdən(müəyyən miqdar qəbul etdiyimizdə bizə faydalı olan mikrocanlılara Probiotiklər deyilir, Prebiotiklər bu mikrocanlıların qidasını təşkil edir, məs, inulin, oliqosaxaridlər və s.) istifadə tövsiyə olunur, lakin probiotiklərin çoxu bildiyimiz kimi, bakterial mənşəli olduğundan onlar da öz faydalarını bağırsaqda göstərə bilmədən antibiotikin təsirindən məhv ola bilir. (antiotik qəbulu vaxtından asılı olmayaraq). Yeganə, bütün antibiotiklərin təsirinə davamlı olan probiotik Enteroldur, çünki, göbələk mənşəlidir və antibiotiklə birgə qəbul olunduqda sağ qalır və öz faydalarını bağırsaqda göstərə bilir.
Enterol, pozulmuş, öz funksiyasını yerinə yetirə bilməyən mikrobiotanın işini öz üzərinə götürür, mühiti qoruyur, antitoksik təsirə malik maddələr özündən xaric edərək enterositləri iltihabdan (bağırsqaq hüceyrələrini) qoruyur, qida maddələrinin yoğun bağırsaqda tam olaraq sorulmasını, B qrup və K vitaminlərinin sintezini təmin edir. Enterol bağırsaq mühitini normallaşdıraraq 2-5 gün ərzində dəyişilməmiş şəkildə bağırsaqdan xaric olur.
Antibiotiklə birgə Enterolun verilməsi, xüsusən, 3 yaşadək uşaqlarda vacibdir, çünki onlarda mikrobiota tam formalaşmamış olur; müəyyən edilmişdir ki, bir dəfə antibiotik istifadə etdikdən sonra, ikinci dəfə antibiotik istifadəsi allergik xətəliklər riskini 7%-dək artırır.
Antibiotikdən asılı diareyaların, ən əsası da, mikrobiota pozulması nəticəsində baş verə bilən zədələnmələrin, – artan risklərin qarşısının alınması üçün
Antibiotiklə birgə Enterol təklif etmək, biz tibb işçiləri tərəfindən əhalinin sağlamlığını qorumaq üçün atılan addımlardan ən böyüyüdür.
Antibiotik, Enterolla birgə yaxşıdır – biz birlikdə yaxşıyıq”
Qısaca desək, bakterial mənşəli probiotiklərdən fərqli olaraq,Enterol – Antibiotiklərlə ilk gündən qəbul edildikdə –
1) Antibiotikləri təhlükəsiz edir;
2) Faydalı bakteriyalarımızı qoruyur;
3) Göbələkəleyhinə preparatlara ehtiyac qalmır.
Antibiotiklər haqqında daha ətrafı aşağıdakı linkdən tanış ola bilərsiniz.
https://www.youtube.com/shorts/kqm1gjDZ5Sk
Pediatr Şəfəq Davidova
Cox aktual bir movzuya toxunmusunuz. Ekser adamlar gozardi etse de onemli meseledir. Tesekkur edirem.
Yazıda bağırsaq mikrobiotası və probiotiklər barədə çox faydalı məlumatlar var. Amma bir sualım var, Enterol nə vaxtdan sonra təsir etməyə başlayır? Mənim üçün daha konkret nümunələr olsa yaxşı olar.
Salam, Enterolun təsiri içildikdən sonra həmən başlayır. Enterol, bir probiotik olaraq beynəlxalq (həm böyüklər, həm də uşaqlar üçün olan) tövsiyələrdə kəskin qastroenteritlərin (ishalın – ishal müddətini ən çox qısaldan probiotikdir, yaranma səbəbindən asılı olmayaraq) , antibiotik qəbulundan asılı-ishalın, mədə-bağırsaq pozulmalarının, və Helicobacter Pylori (mədə və 12 bağırsaq xorası törədicisi) mikrobunun orqanizmdən eradikasiyası(təmizlənməsi) müalicəsində istifadəsi təsdiq olunmuş tərkibə malik yeganə probiotikdir.
Menim ucun maraqli oldu, xususen antibiotikler ve bagirsag mikrobiotasi arasindaki elaqe. Evveller cox diqqet etmemisdim, ama indi daha cox fikir vermek lazimdir.
Eslinde, bagirsag mikrobiotasi haqqinda hec də cox sey bilmirem, ama yazini oxudum, maraqli geldi. Antibiotikler meselesi meni cox narahat edir çunki cox istifade edirəm. Probiotikler haqqında məlumatlar faydali oldu, ama əsas mesele odur ki Enterol həqiqeten antibiotiklerle yaxsi isleyir
Əlbəttə, əgər maraqlansanız, https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10436532/ – bu link üzərindən keçid edib ən son məlumatlarla tanış ola bilərsiniz, Saccharomyces boulardii CNCM İ 745 – bu Enterolun tərkibindəki faydalı maya göbələyidir(digər probiotiklərdə bu yoxdur) ki, məqalədə onun amoxicillin-clavulanat tərkibli antibiotiklərlə birgə istifadəsi zamanı faydaları göstərilib. Məqalə İngilis dilindədir. “Saccharomyces boulardii CNCM I-745 probiotikinin antibiotik müalicəsi zamanı və sonra istifadəsi bağırsaq mikrobiotasına müsbət təsir göstərir” adlanır
Bağırsaq mikrobiotası haqqında daha əvvəl eşitmişdim, amma bu qədər ətraflı və izahlı şəkildə heç yazılmamışdı. Məlumatlar çox faydalıdır! Həqiqətən də antibiotiklər bu qədər böyük zərər verə bilir, amma Enterol haqqında eşitməmişdim. Bu yazı mənim üçün çox dəyərli oldu, təşəkkürlər!
Mənim uşağımda da son vaxtlar antibiotiklərdən sonra bağırsaq problemləri yaranmağa başlamışdı. Enterol haqqında yazını oxuyandan sonra bir az rahatladım. Deməli, antibiotiklərlə yanaşı, bağırsaq mikrobiotasını qorumaq çox vacibdirmiş. Bəlkə də bu yazı çoxlarının səhv etməməsinə kömək edər!
Mən həmişə bağırsağımızdakı mikrocanlıların sağlamlığımıza necə təsir etdiyini çox düşünməmişəm, amma bu yazı ilə bir çox yeni məlumat öyrəndim. Probiotiklər və antibiotiklər haqqında da maraqlı fikirlər var. Bilmirdim ki, Enterol bu qədər effektivdir. Çox sağ olun!
Çox faydalı məlumatlardır, təşəkkür edirəm. Bəs Enterolun uzun müddət istifadəsi mümkündürmü, yoxsa müəyyən dövr üçün nəzərdə tutulub?
Bəli, uzun müddət istifadəsi mümkündür, sadəcə olaraq, həkim nəzarəti altında olmalıdır, və xəstənin diaqnozundan, yəni nə səbəbə görə qəbul etməsindən asılıdır,
məs., əgər kəskin diareyadırsa, 5-7 gün, antibiotkin yan təsirlərini azaltmaq üçün, mikrobiotanın qorunması üçün içilirsə, – bütün antibiotik müalicəsi boyu (və daha iki həftə içilərsə, lap yaxşı) qəbul edilir.
Nazik bağırsaqda bakterial artım deyilən bir hal var , o zaman 3 ayadək, bəzən isə qəbizliyin müalicəsində yanaşı olaraq, həkim məsləhət görərsə, daha uzun müddətə qəbul etmək mümkündür.
Kurs müalicə əlbəttə, xəstənin hansı problemdən əziyyət çəkməsindən və ağırlıq dərəcəsinndən asılıdr.