test

Bağışlamağı bacarırsınızmı? – PSİXOLOJİ TEST

Baxış sayı: 1. 431

1.Mübahisə etdiyim bir dostum məndən üzr istəsə…

a) Heç vaxt bağışlamaram.

b) Həmişə olmasa da, bəzən bağışlamaram.

c) Həmişə bağışlayaram.

 

2. Biri ilə uzun müddət…

a) Həmişə küsülü qala bilərəm.

b) Həmişə olmasa da, bəzən küsülü qala bilərəm.

c) Heç vaxt küsülü qala bilmərəm. Qalsam da, ən çoxu üç gün küsülü qala bilərəm.

 

3. Dostumla mübahisə etdikdən

sonra barışmaq üçün…

a) Heç vaxt cəhd göstərmərəm.

b) Həmişə olmasa da, bəzən cəhd göstərmərəm.

c) Həmişə cəhd göstərərəm.

 

4. Dostum mənə verdiyi bir

sözü yerinə yetirməsə…

a) Heç vaxt bağışlamaram.

b) Həmişə olmasa da, bəzən bağışlamaram.

c) Həmişə bağışlayaram. Təbii ki, gələn dəfə verdiyi sözü yerinə yetirmək şərti ilə…

 

5. Dostumdan borc pul istəsəm, ancaq verməsə…

a) Heç vaxt danışdırmaram.

b) Həmişə olmasa da, bəzən danışdırmaram.

c) Həmişə danışdıraram.

 

6. Dostumun mənə yalan danışdığını görsəm…

a) Dostluğumu kəsərəm.

b) Bəzən dostluğumu kəssəm də,

bəzən kəsmərəm.

c) Dostluğumu kəsmərəm. Təbii ki, bir daha belə yalan danışmamaq şərti ilə…

 

7. Kiçik qardaşım məndən icazəsiz

əşyalarımdan istifadə etsə…

a) Anama şikayət edərəm.

b) Bəzən şikayət etsəm də, bəzən şikayət etmərəm.

c) Anama şikayət etmərəm.

 

8. İşdən gələndə atamdan şokolad almağı xahiş etsəm, ancaq almasa…

a) Atamdan küsərəm.

b) Bəzən küssəm də, bəzən küsmərəm.

c) Atamdan küsmərəm. Yorğun olduğu üçün unutduğunu düşünərəm.

 

9. Dostum məndən kitab alsa, ancaq qaytarmasa…

a) Valideynlərinə deyərəm.

b) Bəzən desəm də, bəzən demərəm.

c) Valideynlərinə demərəm.

 

10. Futbol oynayan dostlarım məni komandalarına qəbul etməsələr…

a) Heç vaxt bağışlamaram.

b) Həmişə olmasa da, bəzən bağışlamaram.

c) Həmişə bağışlayaram. Komandada daha güclü oyunçulara ehtiyac olduğunu düşünərəm.

 

“a” bəndi çoxluq təşkil edənlər:

Yəqin, siz də bilirsiniz ki, hər bir insan ayrı xüsusiyyətdə və ya ayrı xasiyyətdə yaradılmışdır. Hətta istəsəniz, bunu içərisində minlərlə gül olan bir gül bağçası ilə də müqayisə edə bilərsiniz. Elə isə sizə qarşı edilən hər hansı bir səhvə qarşı siz də eyni şəkildə cavab versəniz, məsələni “asanlaşdırmaq” əvəzinə daha da çətinləşdirmiş olarsınız. Halbuki bu məsələlərdə nə qədər səbirli, həmçinin nə qədər təmkinli davransanız, bir o qədər “mövqeyinizi möhkəmləndirmiş” olarsınız.

 

“b” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan da göründüyü kimi ətrafınızdakılar hər hansı bir səhvə yol verdikdə onlarla münasibətləri kəsməsəniz də, azaldırsınız. Ona görə də, ilk növbədə, hər bir insanın səhv edə biləcəyini qəbul etməli və insanlarla daha səbirli, həmçinin daha təmkinli davranmalısınız. Bir də unutmayın ki, “bağışlamaq güclünü daha da güclü edər” (Publi Sir). Uğurlar!..

 

“c” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan ətrafınızda baş verən hadisələri çox böyütməyən, başqalarının səhvlərinin üzərində çox dayanmayan, üzr istəməkdən çəkinməyən, bağışlamağı bacaran bir insan olduğunuzu başa düşmək olar. İnanırıq ki, sizin bu mövqeyiniz təkcə özünüzə yox, ətrafınızdakılara da müsbət təsir göstərir. Buna görə isə sizi ancaq təbrik etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir