menzil

Bakıda mənzillərin qiymətində artım gözlənilir? – EKSPERT RƏYİ

Baxış sayı: 1. 688

“Yaxın vaxtlarda paytaxt ərzisində mənzillərin qiyməti bahalaşacaq” Bunu “mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir. Onun sözlərinə görə,hazırda mənzil bazarında alıcılıq qabiliyyəti o qədərdə yüksək deyil:

“Ay ərzində ipoteka kreditləri hesabına bazarda müəyyən qədər aktivlik yaranır. Amma ümumilikdə bu aktivlik qənaətbəxş hesab oluna bilməz. Çünki aparılan tədqiqatlar göstərir ki, mənzil bazarında nəğd alışların sayı yüksək deyil. Xüsusən ilin əvvəlində ipoteka kreditlərinin verilməsində problem olduğu üçün bazarda tələb azalıb. Yəqin ki, növbəti aylarda mənzil bazarında dinamikanın yüksəlməsini müşahidə edəcəyik. Çünki bazarda aktrivlik növbəti aydan başlayacaq. Amma bazarda hələ ki stabillik hökm sürür”.

menzil

R.Osmanlı deyir ki, mənzil bazarında qiymət dəyişməsi müşahidə olunmur:

“Ötən aylarla müqaisədə hazırda mənzillərin qiymətində nə artım, nə də azalma müşahidə olunur. Bu hal tələbin azlığı ilə əlaqədardır. Proqnozlar var ki, bu hal yaxın on gün ərzində davam edəcək. Amma növbəti aylarda qiymətlərdə müəyyən qədər yüksək dinamika müşahidə olunacaq”.

 

Kirayə mənzillərin qiymətinin artması məsələsinə toxunan ekspert onu da qeyd edir ki, kirayə mənzil bazarı üçün bu aylar passiv dövr kimi qiymətləndirilir:

“Çünki kirayələrin qiymətində dəyişikliklər əsasən yay fəslində iyul-avqust aylarında baş verir. İyul ayında paytaxtda kirayə yaşayan tələbələr rayona getdiyi üçün tələb aşağı düşür və qiymətlər azalır. Amma avqust ayında bu tendensiya əksinə davam edir. Amma hazırda kirayə evlərin qiymətinin qalxması Novruz bayramı ilə əlaqədardır. Bayramla bağlı olaraq paytaxda turist axını nəticəsində kirayə evlərin qiyməti yüksəlib. Amma bu vəziyyət müvəqqəti xarakterlidir”.

 

Kənan Eynuroğlu

menzil dizayni

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir