Çox yaşamaq istəyən çox yatsın!

Baxış sayı: 1. 516

Uzunömürlülüyün daha bir resepti tapılıb. Sən demə, kişilərə uzun ömür üçün yuxu, qadınlara isə tərəvəz lazımmış…

Bu qənaətə gələn avstraliyalı alimlərin araşdırmalarına görə, qəbul edilən qidaların tərkibi B6 vitamini ilə xüsusilə bol olmalıdır. Bu vitamin tərəvəzlərdən əlavə, ət, banan, qoz və sarımsaqda var.

Avstraliyadakı Monaşa Universitetinin tədqiqatçıları yuxu və qidanın həyata təsirini müəyyən ediblər. Professor Mark Uolkvist əmindir ki, kişilər üçün yuxu qadınlardan daha vacibdir: “Yuxusuzluq piylənməyə, diabetə, ürək-damar xəstəliklərinə, ürəyin işemik xəstəliklərinə və immunitetin ümumi zəifləməsinə səbəb ola bilər. Biz belə nəticəyə gəlmişik ki, hər iki cins yuxusuzluqdan əziyyət çəkir. Amma qadınlar yuxusuz qalsalar da, özlərinə kömək edə bilirlər. Bunun yolu isə çoxlu tərəvəz və B vitamini olan qida yeməkdən keçir”.

Kişilərdə isə bu qabiliyyət yoxdur.

Alimlərin məsləhəti isə belədir: hamı həm sağlamlığını, həm də xarici görünüşünü daha da yaxşılaşdıra bilər. Bunun üçün isə düzgün qidalanmaq (daha çox meyvə-tərəvəz, dəmir və B6 vitamini ilə bol qidalar) və yatmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir