Sevgilinizin sizdən ayrılmaq istədiyini göstərən 7 əlamət

Baxış sayı: 1. 483

Kimsə ani və gözlənilməz bir ayrılıqla qarşılaşmaz. Xüsusilə kişilər əlaqələrini bitirmək istəyirlərsə, üzərlərində mənasız bir gərginlik olur və bunu sizə bir çox rəftarla büruzə verərlər. Bu rəftarların nələr olduğunu bilsəniz , ya əlaqənizi qurtara bilər, ya da kişi sevgilinizin işini bir az da  asanlaşdıra bilərsiniz. Yaxşı, sevgiliniz sizinlə ayrılmaq istəyirsə bunu necə anlayarsınız?  “Gencaile.az” “Qadınklubu.az”-a istinadən sizə bir neçə bu mövzuyla əlaqədar ipucu  verir. Bu sadalanan davranışlar sevgilinzdə varsa, ayrılıq siz də özünüzü hazırlayın.

Sizə qarşı diqqətsizdirsə

Yeməyə çıxdınız, siz davamlı bir şeylər danışırsınız, lakin o ümumiyyətlə ya ətrafına baxır ya da telefonuyla oynayır. Bunun mənası artıq sizi dinləmək istəmədiyidir. Sevgiliniz çox güman ki, o əsnada sizdən necə ayrılacağını planlaşdırır.  Bir də siz ona maraq göstərdikcə onun sizdən daha çox qaçması vəziyyəti var. Siz nə olub, mənimlə niyə maraqlanmırsan? dedikcə o “heç” deyərək söhbətdən qaçırsa, o qaçılmaz cümləni qurmasına az qalmışdır deməkdir.

 Əyləncə anlayışını itiribsə

Əvvəllər hər dediyinə  gülür və etdiyiniz zarafatlar onun çox xoşuna gəlirdi. Lakin indi siz bir zarafat etdikdə gülmürsə, bu zarafatlarınız artıq ona darıxdırıcı gəlirsə,  gülməli  anlarda fərqli və ani reaksiyalar verirsə, əlaqənizin bitmə zamanı yaxınlaşır deməkdir.

Fikir ayrılıqları yaranırsa

Əlaqənizin əvvəllərində verdiyiniz qərarlar ortaq idi və ya bir-birinizin fikirlərinə hörmət edirdiniz. Amma artıq ayrı fikirlər olduğunda ortaq məxrəcə gəlmədən, gözənilməz reaksiyalar verərək, mübahisə edirsinizsə artıq qaçınılmaz sona yaxınlaşırsınız deməkdir.

Ətrafından təsirlənirsə

Hər cütlük əlaqələrinin ilk mərhələsində gözlərini və qulaqlarını dünyaya bağlayır. Əlaqələri və ya partnyorları haqqında nə qədər çox şərh edilsə də,  eşitməməzlikdən gələrlər. Əgər bir kişi əlaqəsini bitirməyi planlaşdırırsa artıq ətrafdakı insanların şərhlərinə diqqət etməyə başlayır. Xüsusilə ən yaxın dostlarının  şərhləri daha çox əhəmiyyətli olur.

Artıq mübahisə etmirsə

Mübahisə  etməyi hər nə qədər sevməsək də bir əlaqənin duzu məhz cütlüklər arasındakı mübahisələrdir. Adətən bu mübahisələr qısqanclıqlar, geyim tərzinə, dostlara görə meydana gəlir. Əgər sevgiliniz artıq etdiyiniz heç bir şeyə əsəbləşmir, reaksiya vermirsə  bu artıq sizdən imtina etməsi  mənasını verməkdədir.

Subay dostlarına həsəd aparırsa

Ağılında subay kişi yoldaşları ilə bir yerlərə getmək planı varsa, onların həyatına həsəd aparır  və onları qibtə ilə izliyirsə  köhnə həyatı üçün darıxır deməkdir. Təbiət  etibarı ilə azadlıqlarına düşkün olduqları üçün ciddi bir əlaqə onlara ağır gəlir. Əgər bu əlaqənin məsuliyyəti altında əzilirlərsə qaçmağa meyl  edəcəklər.

Fərqli hobbiləri formalaşdısa

Partnerinizin həyatı boyunca heç maraqlanmadığı hobbiyə  birdən-birə maraq göstərməyə başladısa, bu bir ayrılıq göstəricisidir. Psixoloji olaraq çıxılmaz vəziyyətdə olan insanlar həyatlarına rəng qatmaq üçün fərqli məşğuliyyətlərlə maraqlanarlar. Beləolan halda çox güman ki, sevgiliniz yeni münasibətə  özünü hazırlayır. Yeni partnerinin xoşlandığı musiqiləri dinləməyə başlamış ola bilər və ya yeni partnerinin xoşlandığı idmanları etməyə başlayacaqdır. Fərqli axtarışlar içinə girmiş bir kişi artıq var olan nizamından xoşlanmır deməkdir. Bu vəziyyətə görə əlaqənizə hər an bir son verə bilər.