bankada kabab

Balonda kabab bişirməyin qaydası – Evdə, manqalsız, kömürsüz

Baxış sayı: 540

Kababın ətri uzaqdan insanı cəlb edərək, insanları iştahlandırır. Bu səbəbdən bir çoxları qonşular, ətraf kabab iyi çəkməsin deyə, həyətdə, eyvanda manqal qurub, kabab bişirmir.Həmçinin bina mənzillərində yaşayanlar ürəkləri istəyəndə kabab çəkə bilmir. Məhz bu səbəbdən sizə elə mənzil şəraitində, adi balonda manqaldakından heç də geri qalmayan, dadlı, yumşaq kabab hazırlamağın reseptini təqdim edirik.

Bu metodla kababı elə günü bu gün bişirə bilərsiniz.

 

Lazımdır:

Quzu əti (yumşaq hissəsi) – 500 qr

Mineral qazlı su – 100 ml

Ət üçün basdırmalıq soğan – 2 ədəd

Limon suyu – 1 xörək qaşığı

Duz, istiot, hər hansı sous

 

Hazırlanması:

Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır. Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz. Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz. Sonra sobanın qapağını açıb 15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın.Balonda kabab çox dadlı, yumşaq alınır. Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir