idman

İdman yaddaşı möhkəmləndirir? – EKSPERT RƏYİ

Baxış sayı: 443

Son illərdə tez-tez müşahidə edilən problemlərdən biri də unutqanlıqdır.         Təsadüfi deyil ki, bu mövzunun aktuallaşdığını söyləyən mütəxəssislər çıxış yolu kimi müxtəlif üsullar tövsiyə edirlər.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır.

Nermine Abbasova

Nərminə Abbasova onu da qeyd etdi ki, bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın.

Mütəxəssis unutqanlıqdan qurtulmağın digər bir yolunu da göstərdi: “Araşdırmalara görə, beyninizi inkişaf etdirəcək fəaliyyətlə məşğul olmalısınız. Məsələn, boş zamanlarda müxtəlif çalışmalar, tapmacalar etmək sizə bu çətinliyi aradan qaldırmaqda köməkçi olacaq. Bundan əlavə standartlaşmış vərdişlərdən bir az uzaq durmağa çalışaraq beyninizi inkişaf etdirə bilərsiniz. Məsələn, açarınızı və ya mobil telefonunuzu hər zaman qoyduğunuz yerdən fərqli bir yerə qoyun, amma çalışın bu zaman qoyduğunuz yeri unutmayasanız.”

Terapevt həmçinin vurğuladı ki, meyvə yeməyi sevməyən insanlarda unutqanlıq digərlərinə nisbətən daha çoxdur. Bu səbəbdən albalı, ərik, çiyələk və digər meyvələrdən bol-bol istifadə edərək beyninizi inkişaf etdirə bilərsiniz. Yaddaşını gücləndirmək və unutqanlığa əlvida demək istəyənlər həftədə 3 pay balıq yeməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir