İdman məşqələsinin qüvvənin inkişafına və ya dözümlülüyün inkişafına yönəlməsi bədənin quruluşundan asılıdır
İnsandan insana bədən biçimi fərqləndiyi qədər də hərənin seçdiyi idman məşqələsi də fərqli, öz bədən tipinə uyğun olmalıdır. Hər bədən tipi üçün uyğun idman məşğələsini seçməyin yolunu öyrənin.
Milli.Az BBC-yə istinadən bildirir ki, İdman məşğələsinin qüvvət artımı və ya dözümlüyün inkişafına xidmət etməsi bədənin quruluşundan asılıdır.
İnsandan insana bədən quruluşu fərqlənir.
Ümumilikdə bədən tipləri sümük kütləsi , əzələ və bədən piyi strukturundan asılı olaraq 3 qrupa ayrılır.
Hansı fizki məşqələyə üstünlük verməyin düzgün cavabı bədən quruluşu barədə məlumatdan asılıdr.
İspaniyanın “Alto Redimento” Elmi-İdman Məşq və Sağlamlıq mərkəzinin professoru Juan Francisco Marco deyir ki, məşqələ növü seçərkən maraqların müəyyən dərəcədə toqquşacağını da nəzərə almaq gərəkdir.
“Əsas məsələ nədir – fiziki görünüşü yaxşılaşdırmaqmı, yoxsa idman ustalığınızı artırmaqmı – bunu hərə özü üçün həll etməlidr”, professor əlavə edib.
İnsanların bədən quruluşu genetic və fiziki xüsusiyyətlərdən asılı olaraq, əsasən, 3 qrupa və ya “somatotipə” ayrılır.
Ektomorflar
“Onlar adətən hündür və arıq, əl-qolları uzun, sinələri yastı odur, gəzəndə isə sanki irəliyə əyilmiş kimi addımlayırlar. Bu tip bədənin əzələ kütləsi çətinliklə artır”, professor Marco izah edir.
Ektomorflar üçün ideal fiziki məşğələ dözümlüyə köklənən hərəkətlərdir, bunlar atletika, üzgüçülük və ya velosiped idmanı ola bilər. Professor Marconun təbirincə, bu tip bədəni olanlar üçün qüvvə və çəki artıran məşğələlərdən istifadə etmək məqsədə uyğun olardı.
“Bu qrup ən sadə idman hərəkətlərini seçməlidir ki, oynaqlar daha çox hərəkət etsin, nəticədə bədənin əsas və köməkçi əzələ kütləsi işə düşür və inkişaf edilir.”
Aktiv nəfəsalma tələb olunan məşqlər isə məhdudlaşdırılmalıdır, çünki bu tip bədəni olanların çəki itirməsi riski nisbətən yüksəkdir, nəticədə isə əzələ kütləsinin artımı dayana bilər.
Endomorflar
Bu bədən tipi ektomorfların bədən tipinin əksidir.
Onlar nisbətən qısaboylu və kökdürlər, maddələr mübadiləsi onlarda daha ləng baş verir, nəticədə isə bədəndə əlavə piy toplanır.
Lakin bu somatotiplər nisbətən daha asanlıqla əzələ kütləsini topalaya bilir.
Endomorflar üçün gücdən istifadə olunan məşqlər daha təbii gəlir, çünki onları əzələ kütləsini daha asan toplaya bilirlər.
Lakin bu qrupun ürək-damar sistemini möhkəmlədən, dözümlüyü artıran məşqlərə ehtiyacı var.
“Bu tip bədəni olanlar hərəkərlər nəfəsalma və nəfəsdərmə ilə müşahidə edilən məşqlərə üstünlük verməlidirlər. Oynaqları hərəkətə gətirən məşqlər seçilməlidir”, Professor Marco deyib.
Endomorflar üçün ağır atletika və güləş kimi idman növləri daha rahat idman fəaliyyəti sayılır.
Ekspertlər qeyd edir ki, idman məşqləri zamanı endomorflar bir sıra amilləri nəzərdən qaçırmamalıdırlar.
“Onlar üçün əsas məqsəd əzələ kütləsini artırmaq, piy kütləsini isə azaltmaq olmalıdır. Bu şərtə əməl edilmədiyi halda bədən daha şişman və əndazəsiz halına gələ bilər”.
Mezomorflar
Bu qrup daha çox fiziki üstünlüklərə malikdir, onlar əlavə səy göstərmədən idmançı bədən quruluşuna nail olmağa daha şanslıdırlar.
“Mezomorflar təbii atletlərdir – onların istənilən idman hərəkətini asanlıqla yerinə yetirə bilirlər”, professor Marco qeyd edir.
“Futbolçuları misal çəkmək olar – onlar asanlıqla başqa idman növünə keçə bilir, misal üçün, futbolçu çətinlik çəkmədən yaxşı stolüstü tennisçiyə çevrilə bilir. Onlar yaxşı basketbol oynayırlar, yaxşı dözümlükləri, cəldlikləri var”.
Bu tip bədən quruluşu üçün ideal idman növü gücü artıran, əzələ kütləsini artıran, ürək-damar sistemini möhkəmləndirən hərəkətləri növbə ilə yerinə yetirməkdir.
Tennis, futbol, avarçəkmə və triatlon kimi idman növləri bu tipli bədənlər üçün ideal ola bilər.
Mezomorfların üstünlüklərinə baxmayaraq, professor Marko xəbərdarlıq edir ki, onlar yeməklərinə, pəhrizlərinə fikir verməlidirlər, çünki bu tip bədən quruluşu olanlarda bədən piyi toplamaq meyli olur.
Mezomorflar ektomorflardan fərqli olaraq yedikləri yeməyi sürətlə həzm edə bilmirlər, eyni zamanda endormorflar kimi də sürətlə əzələ kütləsi toplamaq qabiliyyətinə malik deyillər.
Ekspertlərin vurğuladığı kimi, düzgün idman məşqələsini seçmək üçün bədən tipini bilməklə yanaşı, son məqsədin nədən ibarət olduğunu, məşqlər nəticəsində nəyə nail olunacağını bilmək də olduqca vacibdir, çünki konkret idman məşğələsi proqramı fərdin seçdiyi şərtlərə daha dolğun cavab verəndə, nəticə də daha səmərəli olur.