dyr

Sahib olduqlarımıza dəyər veririkmi?

Baxış sayı: 1. 281

Keçmişi təəssüflə xatırlayır, gələcəyə ümidlə baxırıq. İndiki zamansa keçmiş və gələcək arasındakı, sanki, keçici bir andır. Bəzən insan vaxtın tez keçdiyinə və bir çox şeyə önəm vermədiyinə məyus olur. Psixoloqlar bildirir ki, insanlar hər üç zaman kəsiyini duysalar da, indikini, həqiqətən, anlaya bilmirlər. Saatlar keçir və yalnız bir müddət sonra “kaş ki, belə edərdim”

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, hər bir insan uşaqlıq, yeniyetməlik illərində vaxtın tez keçməsini istəyir. Gənclik illərində isə bir az da irəli baxırıq: “Görəsən, işlərim necə gedəcək, kiminlə ailə həyatı quracağam, uşaqlarım necə olacaq və s. Lakin 30 yaş və sonra artıq keçənlərə dönmək fürsətini axtarırsan. Bəziləri üçün 40, 50 və daha çox yaşlarda vaxtın tez keçəcəyi qorxusu

Vaxt keçir. Arzularımızı və bizi qabaqlayaraq. Bu haqda çox düşünənlər onun qanunlarını anlamaq, anları buraxmamaq və dahaq dolğun yaşamaq istəyirlər. Həmsöhbətimiz bildirib ki, zamanı necə duymağımız verdiyimiz qərarlara, davranışımıza, arzularımıza təsir edir: “İnsan gecə və gündüzü duymasına nəzərən gününü planlaşdırır. Əgər gecə və gündüzün nə vaxt olacağını və bitəcəyini bilməsəydik, onda zaman haqqında təsəvvürümüz pozulardı. Gecə-gündüzü ayıra bilməsək, bunu göstərən saat və ya pəncərəmiz olmasa, zaman duyumunu itirərik. Zamanı uzatmağa başlayarıq. Əslində subyektiv zamanımız obyektiv zamandan fərqlənir”. 

Psixoloq qeyd edib ki, indi zamanı dəyər verərək yaşamaq üçün keçirilən hər anı zövqlü yaşamağı öyrənmək lazımdır: “Bəzən bunu etməyi bacarmaq üçün indi yaşadığınız vaxtın da nə vaxtsa keçəcəyini təsəvvür edin. Keçmişə baxıb təəssüflənmək əvəzinə indiki həyatınızı dolğun və rəngli yaşayın. İndi sizinlə nəyin baş verdiyini təhlil etməyə çalışın. İndiki zamanda həyatınızda hansı hadisələr baş verir, sizi hansı insanlar əhatə edir, yaxınlarınızla münasibətiniz necədir və s. Çox vaxt insanlar hər gün etməli olduğu şeyləri edir, öz öhdəliklərini yerinə yetirir, mexaniki bəzən eyni şeyləri təkrar edir və bunun həyatından getdiyini hiss

Onun dediyinə görə, elə insanlar var ki, keçmiş həyatını xatırlamağı xoşlayır: “Belələri xatirələrə dalmaq və baş verən hadisələri təkrar yaşamaqdan zövq alır, eyni zamanda da özlərini romantik kədərə qərq edirlər. Bunun ilk baxışdan mənfi cəhəti olmasa da, insan üçün indiki vaxtını dəyərsizləşdirir. O, indi ətrafında baş verən gözəllikləri görmür. Yaxınları ilə münasibətdəki problemlərə və düzəldə biləcəyi səhvlərinə əhəmiyyət

Müsahibimizə görə, elə də qrup insanlar var ki, əksinə, gələcəklə yaşayırlar. Onlar gələcəkdə daha yaxşı həyat sürəcəklərinı inanırlar. Bu, onlara indiki zamanda tam yaşamağa imkan vermir. Onlar bir növ natamam həyat sürürlər. Məsələn, əyləncəyə getmir, qohumlarını az-az görür, nadir hallarda qonaq gedir və ya heç getmir. Belə adamlar “sonra gedərəm”, “sonra edərəm”, “problemlərimi həll edim, sonra əyləncəyə vaxt ayıraram” və s. fikirlərlə yaşayırlar. Adi ev üçün hansısa əşyanı aldıqda belə “təmir edəndən sonra işlədərəm” və ya “yeni mənzilə köçəndən sonra istifadə edərəm” deyə onları təzə halda rəflərə yığırlar. Geyimlərlə də onların eyni hərəkət etdiyini görmək olar. Çox şeyi yığır və sanki gələcək həyat daha rəngarəng olacağı üçün o vaxta saxlayırlar. Həkimə getməyi, vacib məsələləri həll etməyi də onlar təxirə salmağı sevirlər. Bu xüsusiyyətlərinin bir müsbət cəhəti var. Onlar gələcəyə çox pozitiv baxırlar. “Gələcəkdə hər şey yaxşı olacaq. Mənfi cəhəti isə indiki həyatlarına önəm verməmələridir. Bu, əslində ciddi problemdir. Belə ki, belə insanların yanındakılar da onun xasiyyətinə görə əziyyət

A.Qurbanova bildirib ki, əslində indiki zamanla yaşayan və sahib olduğunun qədrini bilənlər çox azdır: “Bunu öyrənmək üçün xırdalıqlardan başlamaq lazımdır. Məsələn, sevdiyiniz bir yoqurtu və ya dondurmanı, tortu həzz alaraq yeyin. Bu zaman fikrinizi heç nəyə yayındırmayın. Bütün fikriniz dondurmada olsun. Dondurmanı həzz alaraq yemək və bu anla yaşamaq lazımdır. Lakin bu o demək deyil ki, keçmişdən dərs çıxarmağa, gələcəyimizi daha gözəl qurmağa çalışmamalıyıq”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir