“Gencaile.az” saytnın “Yabancı dad” rubrikasında bu dəfə oxucularımıza Bosniya və Herseqovina mətbəxindən Begova şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
3 ədəd toyuq filesi
1 ədəd kök
2 ədəd kartof
1 stəkan qurudulmuş bamya
1 ədəd dəfnə yarpağı
1 x.q. un
3 x.q. yağ
½ saplaq cəfəri
50 ml. krem
Hazırlanma mərhələsi
Toyuq filesi dəfnə yarpağı ilə birlikdə qaynadılır. Qaynadıldıqdan sonra süzülür və suyu şorba üçün saxlanılır. Başqa bir qazanda limonlu su ilə qurudulmuş bamyalar qaynadılır. Qaynadılan toyuqlar didilir. Şorba bişirilən qazanda Super Sun yağı ilə un qovrulur. Üzərinə toyuq suyu əlavə edildikdən sonra yaxşıca qarışdırılır və qaynamağa qoyulur. Qaynayan toyuq suyuna didiklənən toyuqlar, köklər, kartoflar və qaynadılıb süzülmüş bamyalar əlavə edilir. Tərəvəzlər yumşalana qədər orta odda bişirilir. Tərbiyəsi üçün bir qabda krem, yumurta, un, limon suyu, duz və istiot qarışdırılır. Şorbadan 1 çömçə götürülür tərbiyənin olduğu qaba tökülür, qarışdırılır. İstiliyi şorba ilə bərbərləşən tərbiyə yavaş-yavaş qarışdıraraq əlavə edilir. 5 dəqiqə daha az odda bişirilir və isti-isti servis edilir.
Nuş olsun!
Təqdim etdi: Aydan Kərimli