rena bayramova

Ciddiyə alınmayan aşağı təzyiq problemi – HƏKİM YAZIR

Baxış sayı: 762

Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infarkt olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.

Xüsusən yay aylarında hipotoniyası – zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.

Hər insanın özünün fərdi təzyiq  göstəriciləri olur.

Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır.

Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan  kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.

Əgər hər gün görsəniz ki, təzyiq  normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var.

Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.

 

Aşağı təzyiqin səbəbləri bunlardır:

  • Yorğunluq
  • Davamlı stress
  • Yuxusuzluq
  • Qalxanvari vəzi və hormonal pozulmalar
  • B, C, E, maqniy və dəmirin azalması
  • Qanazlığı
  • Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
  • Qan dövranı pozulması
  • Damarların tonusunun pisləşməsi
  • İrsi, genetik

 

Xəbəriniz olsun, ki: Təzyiq düşdükdə orqanizm bu simptomları verir:

  • Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
  • Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
  • Ümumi zəiflik və halsızlıq
  • Soyuq əl-ayaqlar
  • Dərinin avazıması, rəngin qaçması
  • Başgicəllənmə
  • Zəif ürəkbulanma

 

Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.

Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər.

Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.

Nə etməlisiz?!

Aşağı təzyiq üçün ideal müalicə:

  • düzgün qidalanma
  • yaxşı yuxu rejimi
  • aktiv həyat tərzi

Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur.

Yüksək təzyiqi olan insana idman, qaçış, ağır idman və s. nə qədər təhlükəlidirsə, aşağı təzyiqdə əksinə uzun müddətli qacış, gəzmək, trenajor, üzgüçülük, velosiped, idman çox yaxşı təsir edir.

Aşağı təzyiqdə yüksək təzyiqdə olduğu kimi bir tablet ataraq, vəziyyəti düzəltmək olmur və belə tabletlər yoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur.

Amma evdə əliniz altında olan vasitələrlə təzyiqi normallaşdırmaq olur.

Təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər.

Təzyiq düşəndə kontrast duş almaq da kömək edir. İsti su ilə başlayıb, soyuq su ilə bitirirsiz.

Müalicə məqsədilə, xüsusi təzyiq qaldırıcı bitki çayları, təzə meyvə şirələri, alma,kök, çuğundur içmək olar.

deb5c3b8-0f82-4a26-b2f0-7e6172b7c75d

HİPERTONİYA

Qan təzyiqinə həyat tərzi də təsir göstərə bilər, odur ki aşağıdakılardan çəkinmək lazımdır:

 

  • Artıq çəki yığmaq
  • Məşq etməmək
  • Həddən artıq duz yemək
  • Çox alkoqol qəbul etmək
  • Siqaret çəkmək

 

30 və 40 yaşlarda yüksək təzyiq beyinə zərər verir. Lancet Neurology jurnalının yaydığı yeni araşdırmaya görə, beynin sağlamlığının qorunması üçün “fürsətlər pəncərəsi” 30 yaşdan 50 yaşın ortalarına qədər açıq qalır.

Araşdırma üçün 1946 ildə doğulmuş 500 nəfər yoxlanıb. Orta yaşın əvvəllərində müşahidə olunan yüksək təzyiqin daha sonra ortaya çıxan qan damarlarındakı zədə və beynin kiçilməsi ilə əlaqəli olması bəlli olub.

Gündəlik təzyiqinizi yaxşılaşdıran dərmanlardan maksimum fayda əldə etmək üçün, onları yatmazdan əvvəl qəbul edin.

European Heart Journal nəşrinə görə, bu, insanların həyatını xilas edə biləcək sadə bir qaydadır.

 

Bəzi təbii vasitələr də təzyiqi salmağa yardım edə bilər:

✓Reyhan: 1 x.q. xırda doğranmış reyhanın üzərinə 1 stəkan isti su tökün, soyuyanda adi çay kimi için!

✓Darçın: darçını qatığda 1 ç.q. darçın + 1 stəkan təzə qatıq əlavə etmək və ya isti suda (1 ç.q. darçın + 1 stəkan isti su) dəmləmək olar!

✓Kətan toxumu: 1 x.q. kətan toxumunun üzərinə yarım stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, bir neçə damcı limon şirəsi əlavə edib için!

✓Zəncəfil: 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfilin üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə saxlayın, süzün, çay kimi için.

✓Keşniş toxumu: 1 ç.q. keşniş toxumunu 1 stəkan isti suda dəmləyin, soyuyanda süzün, adi çay kimi için.

 

Yüksək təzyiqdən əziyyət çəkənlər sadaladığımız vasitələrdən daim istifadə edə bilərlər. Bir həftə bir, növbəti həftə digər vasitəni qəbul edə bilərsiniz.

Və unutmayin ki, lazımsız səbəblərdən uzaq dursanız, sizin təzyiqiniz oynamaz

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu 

               

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir