Səudiyyə Ərəbistanının ByDesign Motorsports şirkəti Ferrari F12 Berlinetta superkarının fərdi kökləməsiylə məşğul olaraq avtomobildə müştərinin istəyi ilə N-Largo aerodinamik asmasını və Novitec Rosso firmasından eksklüziv təkər diskləri dəstini qurub.
“Gencaile.az” 4charx.com-a istinadən bildirir ki, həmçinin bir sıra yeniləmələr ərəb tünerlərin özləri tərəfindən əlavə edilib və onsuz da parlaq avtomobil daha çox nəzərə çarpan və cazibədar olub. İtalyan kupesinin güc aqreqatı da təkmilləşdirildikdən sonra əlavə 40 a.g. əldə edib.