- Tərəvəzləri duzlu suda yumağı vərdiş halına gətirin. Duzlu su tərəvəzləri daha təsirli və tez təmizləyər.
- Sobanıza sinmiş pis yemək qoxuları üçün yemək etmədən əvvəl sobanızın ortasına yarısı sirkə, yarısı su ilə doldurulmuş bir tava qoyun, sobanızı bir neçə dəqiqəlik istilədin, daha sonra soyumağa buraxın.
- Quru paxlalıları bir gecə əvvəldən ilıq suya qoyun və qaynadarkən içinə bir az karbonat əlavə edin.
- Bişirdiyiniz keks qəlibindən çıxmırsa qabın altına yaş bir bez yayaraq bir az gözlədin.
- İstifadə etdiyiniz sousların xarab olmamasını istəyirsinizsə üzərini bir az zeytunyağı əlavə edərək uzun müddət saxlaya bilərsiniz.
- Kartof bişirərkən suyuna bir qaşıq sirkə tökülsə həm rəngi sarı qalar, həm də daha ləzzətli olar.
- Balıq qoxusunu çıxarmaq üçün yuma suyunun içinə bolca qəhvə dənəsi atın. Sonra bolca durulanın.
- Badımcanların acısını götürmək üçün soyunca duzlu suda saxlayın.
- Soyuducudan çıxardığınız yumurtanın ağı və sarısının bir-birinə qarışmaması üçün dərhal qırın.
- Sosiskaların partlamasını önləmək üçün sobaya ya da qızartmağa qoymadan əvvəl soyuq südə batırmanız kafi olacaq.
- Şokolad sousu hazırlanarkən içinə bir az qəhvə qoyulsa dadı çox daha dəyişik olar.
- Yumurtaları asanca soymaq üçün qaynar sudan çıxardıqdan sonra dərhal soyuq suya tutulub bir az gözlədin.
- Soğanların üzərinə bir az un səpilsə qovurarkən qaralmaz.
- Əllərdəki soğan və sarımsaq qoxularını apara bilmək üçün ediləcək ən yaxşı şey qaynadılmış kartofla ovmakdır.