Metbex

10 mətbəx hiyləsi – Bunları ən yaxşı aşpazlar bilir

Baxış sayı: 334

Yeməklərin dadlı və gözəl olması üçün bəzi sübut edilmiş mətbəx hiylələri var. Bu fəndləri bilənlər həm də yemək bişirməyi də çox sevir.

Beləliklə, həmin hiylələri təqdim edirik: 

1) Yumşaq tortu və ya pendiri səliqəli kəsmək üçün möhkəm ipdən istifadə etmək lazımdır. Onun materialının ipək olması arzuolunandır. Tortu və ya pendiri səliqəli parçalara ayırmaq üçün ona ipi keçirib kəsməyə səy göstərin.

2) Xəmiri içinə qoymazdan əvvəl qabı kərə yağı ilə yağlayıb bir az un töksəniz, xəmir bişərkən tavaya yapışmaz.

3) Evdar qadınlar sobada yemək bişirərkən tez-tez bir problemlə qarşılaşırlar. Belə ki, onlar çox vaxt yeməyin alt hissəsinin çiy qalmasından, üstünün isə yanmasından şikayətlənirlər. Bərabər bişirilməni təmin etmək və nəticələri yaxşılaşdırmaq üçün sobanı əvvəlcədən qızdırın. Təxminın bişirməyə başlamazdan 5-15 dəqiqə əvvəl onu yandırın. Bu zaman belə problemlərlə qarşılaşmayacaqsınız.

4) Əgər tortlar, julyen və s. hazırlamaq üçün lazım olan qablarınız yoxdursa, onları stəkanın və ya başqa bir boşqabın dibini 4 qat qatlanmış folqa ilə bükərək özünüz hazırlayın.

yemek

5) Kərə yağını tez əritmək üçün ondan bir parça boşqaba qoyun və üstünü isidilmiş stəkanla örtün. Böyük parçalar üçün buxar banyosundan və ya sürtgəcdən istifadə edə bilərsiniz.

6) Kotletlərin, çizkeklərin  və digər yeməklərin eyni ölçüdə olmasını istəyirsinizsə, stəkan və ya buna bənzər şeylərdən istifadə edin. Kotleti kəsmə taxtasına qoyun, üstünə stəkanı keçirin və onunla bir neçə dairəvi hərəkət etdirin. Bu zaman onlar bərabər formaya sahib olacaqlar. Beləliklə, visual olaraq mükəmməl görünəcəklər.

7) Qızardılmış ətinizin xırtıldamağını istəyirsiniz? Qızartmadan əvvəl əti kağız dəsmallarla qurudun.

8) Əgər şüşədə hələ də bir az şərab qalıbsa, onu souslara və digər yeməklərə əlavə etmək üçün buz qablarına tökərək dondurun.

Metbex

9) Ədviyyatları istifadə etməzdən əvvəl 1-2 dəqiqə qızdırılan tavada saxlasanız, daha da aromatikləşəcək.

10) Kəsmə taxtasının stolun üzərində sürüşməsinin qarşısını almaq üçün onun altına nəm dəsmal qoyun. Bu, kəsmə üzərində işləməyi daha rahat edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir