d vitamini

D vitamini içərkən səhv etməyin – HƏKİM DANIŞIR

Baxış sayı: 365

D vitamini qəbul edərkən bir çox xətaya yol verdiyimizdən çoxlarımız xəbərsizik. Əgər bu vitamin çatışmazlığı varsa, D vitamini əlavələri kafi olmaya bilər.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, D vitamini bədənimizin sümük sağlamlığını qorumaq, immunitet sistemini gücləndirmək və bir sıra digər vacib bioloji funksiyaları dəstəkləmək üçün vacib bir vitamindir. Xüsusilə qış aylarında günəş işığına məruz qalmamız azaldıqca, bir çox insan D vitamini əlavələrinə müraciət edir. Bununla belə, bu əlavələri qəbul edərkən edilən bəzi ümumi səhvlər əslində orqanizmin ehtiyaclarının tam ödənilməməsi ilə nəticələnə bilər.

Nermine Abbasova

Həkim həmçinin deyir ki, qan testi keçirmədən gündə 4000 IU-dan çox D vitamini qəbul etmək həddindən artıq kalsium itkisinə və yuxusuzluğa səbəb ola bilər. Həkimin tövsiyə etdiyi əlavələrin miqdarını qəbul etmək vacibdir.

Baş həkimin sözlərinə görə, vücudunuzda kifayət qədər maqnezium yoxdursa, qəbul etdiyiniz D vitamini istifadə olunmayacaq, ancaq yığılacaq. Qeyri-adekvat əlavələr səbəbiylə oynaq ağrısı, sümüklərdən kalsium çıxarılması və ani qan təzyiqi dəyişiklikləri baş verə bilər.

Nərminə Abbasova bildirir ki, D vitamini əlavələrini axşam qəbul etmək tövsiyə edilmir, çünki onlar melatonini sıxışdıra bilirlər. Səhər səhər yeməyindən sonra qəbul etmək məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir