saat

Gündəlik 8 saat işləməyinizin əsl səbəbini bilirsinizmi? – MARAQLI FAKTLAR

Baxış sayı: 1. 557

Həftənin hər birinci günü bir çox insan 8 saatlıq iş rejimi ilə işə başlayır  və bu proses həftənin 5 günü davamlı olaraq icra olunur. Bu nizamın kim tərəfindən və necə qurulduğunu bilirsinizmi?

Maraqlı olacağını nəzərə alaraq, həftənin 5 günlük iş saatları ilə bağlı maraqlı faktları təqdim edirik.

Hər şey Sənaye İnqilabından sonra başladı. Sənaye İnqilabının ilk illərində şirkət və fabrik sahibləri istehsaldan əldə etdikləri gəlirləri yüksək tutmaq və daha çox mənfəət əldə etmək üçün Günəşin doğuşundan batışına qədər fabrikləri durmadan işlədirdilər.

Bu vəziyyət 19-cu əsrdə artıq yavaş-yavaş dəyişməyə başladı. Gündə 8 saat işləməyi təklif edən ilk insan, ingilis iş adamı Robert Oven olub.

Bu durum, 19. yüzyılda değişmeye başladı.

Onun təklifinə görə, gün üç yerə bölünməli idi. İşçilərə gün ərzində işləmək, istirahət etmək və yatmaq üçün bərabər vaxt verilməli idi. 1817-ci ildə bu təkliflə işçi hüquqlarını müdafiə etməyə çalışan “8 saat işləmək, 8 saat əylənmək, 8 saat istirahət” şüarı ilə çıxış edən ingilis iş adamı bütün işçilərin bu nizama uyğunlaşmasını istəyirdi.

Ancaq bu təklifin icrası üçün bir az zaman lazım idi. Çünki bir çox fabrik sahibləri bunu qəbul etmək istəmirdi. Onlara gün ərzində 8 saat iş rejimi sərf etmirdi.

Ancak bu önerinin yaygınlaşması için biraz daha zaman gerekiyordu.

Lakin 19-cu əsrdə işçilər bir az da olsa, rahat nəfəs ala bildi. Belə ki, 1847-ci ildə fabriklərdə başlayan etirazlar iş adamlarını gündə 10 saat iş rejimi tətbiq etməyə məcbur etdi. Daha sonrakı illərdə yenidən canlanan etirazlar sonunda işçilərin 8 saatlıq iş rejiminə keçməsinə səbəb oldu. Lakin bu rejim iş adamlarına, fabrik sahiblərinə böyük zərər oldu.

Nəhayət, mayın 1-də 1886-cı ildə gündəlik 8 saat iş rejimi haqqında qərar qəbul olundu. Lakin bu peşə sahibləri tərəfindən etiraz gücünə alınmış bir qərar idi. Rəsmi dövlət qurumları bu qərarı tanımadı və qəbul etmədi. Bu səbəbdən də 350 min işçi 8 saatlıq iş rejiminin qəbul olunması üçün bu dəfə dövlətə qarşı etirazlara başladı.

Netice olarak sekiz saatlik çalışma düzeninin, 1 Mayıs 1886 tarihinden itibaren standart hâle gelmesine karar verildi.

1914-cü ildə bu qərarı normal şəkildə qəbul edən ilk şirkət bir çox insanın tanıdığı avtomobil şirkəti olan “Ford Motor Company” oldu. Şirkət işçilərinin maaşını iki qat qaldırdı və 8 saatlıq iş rejimini tətbiq etdi.

İşçilerin çalışma günlerinin beşe indirilmesinde başı çeken yine Ford Motor Company oldu.

“Ford Motor Company” şirkətinin bu qərarı ilk öncə digər şirkətlər tərəfindən təəccüblə qarşılandı. Lakin sonra da şirkətin gəlirlərinin artdığını və işlərin qaydasında olduğunu görən digər şirkətlər də bu qərarı qəbul etdi.

İşçilərin iş günlərinin 5-ə endirilməsini də tətbiq edən ilk şirkət elə “Ford Motor Company” olub. 26 sentyabr 1926-cı ildə şirkət işçilərin iş gününün 5-ə endirilməsinə və həftədə 40 saat iş saatının tətbiq olunmasına qərar verdi. Yenidən digər şirkətlər bu qərara təəccüblənib və etiraz etdilər. Bu qərardan sonra insanların içki düşkünü olacağını belə, deyənlər oldu.

Digər tərəfdən, “Ford”un bu yeni nizamı dəstəkləməsinin səbəbi yalnız işçiləri düşünməsi deyildi. İşçilərin daha çox boş vaxta sahib olması, daha çox alver edəcəkləri, iqtisadiyyatı daha canlı tutan və boş zamanlarında ailələriylə gəzmək üçün avtomobil alacaqları mənasını verirdi. Ayrıca iş saatlarından və həyatlarından məmnun olan işçilər fabrikdə daha məhsuldar işləyirdilər. “Ford”un planı baş tutdu və həm işçilərin məhsuldarlığı, həm də satışlar heç olmadığı qədər artdı. İş yerlərindən narazı olanlar FORD şirkətinə axın etməyə başladı.

Ford'un planı yolunda gitti ve hem işçilerin üretkenliği, hem de satışlar hiç olmadığı kadar arttı.

Şirkətin rəhbəri olan Henri Fordun oğlu Edsel Ford 1922-ci ildə “New York Times” qəzetinə açıqlama verərkən bunları qeyd edib: “Hər insanın istirahət etməyə və əylənmək üçün həftədə bir gündən də artığına ehtiyacı var. Şirkətimiz işçiləri üçün ideal bir ailə yaşamını düşünməkdədir. Biz bir insanın xoşbəxt bir həyat sürməsi üçün onun öz ailəsiylə bol vaxt keçirməsi lazım olduğuna inanırıq”.

Beləliklə, artıq 2 əsrə yaxındır ki, dünyanın bir çox yerində bu rejimdən istifadə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir