hamile

Hamiləlikdə hansı qanamalar normaldır?

Baxış sayı: 1. 569

Hamiləlik zamanı qanamalar normaldırmı? Qanamalar körpəyə və anaya zərərlidirmi? Anaların maraqlandığı bu sualları qadın xəstəlikləri və doğum mütəxəssisi professor Bülənt Tıraş cavablandırıb. “Gencaile.az” həkimin fikirlərini təqdim edir.

Xüsusən hamiləlik dönəmində baş verən qanamaların heç birinə qadınlar adi hal kimi yanaşmamalıdırlar. Çünki həkim müayinədən sonra qanamanın normal olub-olmadığına qərar verəcək.  Amma normal hesab edilə biləcək 2 qanama var. Biri implantasion qanamadı. Bu qanama embrionun uşaqlığın yuxarı hissəsində yerləşməsindən meydana gələn qanamadır. Bu qanamanın rəngi və həcmi menstriasiya qanamasından fərqlidi. Ancaq hamilələrin hər zaman bunun fərqinə varması mümkün deyil.  Çünki bu qanamanın baş vermə vaxtı menstruasiyanın başlanmasına yaxın bir vaxtda baş verir. Ancaq bu, menstruasiya deyil. Anaya və körpəsinə də hansısa zərər verə bilməz. Lakin bir narahatlıq var. Ana bunu menstruasiya hesab edib dölə ziyanlı olan hansısa dərmanlar ata, rentgen çəkdirə bilər. Odur ki, qadınlar buna diqqət yetirməlidirlər.

1419365668_hamile-bulanma

Qanamanı ciddi qəbul etmək lazımdır      

Hamiləlikdə normal sayılan digər qanama hamiləliyin 37-ci həftəsində rastlana bilər. Bu, ləkə şəklində olan tünd rəngli qanamadı. Ancaq bu qanama çox nadir hallarda görünür. Bu qanamayla yanaşı az miqdarda olsa belə, yenə qanama baş verərsə, dərhal həkimə müraicət etmək lazımdır. Ümumiyyətlə, hamiləlik zamanı heç bir qanamanı normal hal kimi qəbul etmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir