Tərkibi:
xəmir:
280 q un
170 q kərə yağı
50 q şəkər tozu
kəsmikli qat:
800 q kəsmik (4%-li)
130 q şəkər tozu
3 yumurta
40 q kartof nişastası
1 çimdik vanil
şokoladlı qat:
250 q tünd şokolad (72%)
200 q 22%-li qaymaq
1 x.q. konyak
xamalı “üzlük”:
250 q xama
50 q şəkər tozu
üzərinə:
kakao tozu
Xəmir:
Un, yumşaldılmış kərə yağı və şəkər tozunu qarışdırın. Kənarı açılan 26 sm diametrli formanın dibinə perqament döşəyin. Xəmiri içinə döşəyib, kənarlarını formanın qırağı boyu yuxarı qaldırın (divar kimi).
Şokoladlı qat:
Şokoladı xırdalayın, üzərinə qaymaq töküb mikrodalğalı sobaya qoyun, maksimum temperaturda 1 dəqiqə saxlayın. Çıxarıb eynicinsli kütlə alınanadək dayanmadan çalın. Konyak əlavə edib qarışdırın, soyuducuda 5 dəqiqə saxlayın.
Formanın içindəki xəmirin üzərinə tökün. Dondurucuda 20 dəqiqə saxlayın. Bu ona görə lazımdır ki, şokoladlı qat kəsmikli sufleni üzərinə qoyanda ona qarışmasın.
Kəsmikli qat:
Mikserdə kəsmik, şəkər tozu, yumurta, nişasta və vanili çalın.
Formanı soyuducudan çıxarın, kəsmikli qarışığı şokoladlı qatın üzərinə yayıb hamarlayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.
Xama ilə şəkər tozunu sonuncu əriyənədək qarışdırın (asan olması üçün bir qədər qarışdırıb saxlayın, şəkər tozu əriyəndən sonra bir də çalın).
1 saat keçdikdən sonra tortu sobadan çıxarın (sobanı söndürməyin), xamalı kremi üzərinə çəkin. Ola bilər ki, kəsmikli qatın ortası bir qədər qalxsın, o zaman tortu 10 dəqiqə soyudun, sonra xamalı kremi üzərinə yayın.
Sobaya qaytarıb daha 10-15 dəqiqə bişirin.
Sobadan çıxarıb tam soyudun.
Üzərinə kakao tozu səpin. Bu zaman trafaretdən istifadə edə, üzərini şokolad yonqarı, giləmeyvə ilə bəzəyə bilərsiniz. (milli.az)