usm

USM ana və uşağa zərərdirmi? – FAYDALI BİLGİLƏR

Baxış sayı: 1. 967

Ultrasəs nədir?

Ultrasəs, ya da ultrasonoqrafiya, müasir tibbin görüntüləmə texnik alətlərindən biridir. Ultrasəs, insan orqanizminin daxilində nələr baş verdiyini göstərən tək texniki alət olmaqla yanaşı, daxildə baş verənləri göstərmək üçün X-ray şüalarından istifadə etmir. Bu o deməkdir ki, heç bir radiasiya şüalı tərkibli deyil və insan qulağının eşidə bilməyəcəyi frekansta səs dalğalarından faydalanmır. Digər üstünlüyü isə görüntünün tam olaraq eynisiylə monitorda əks olunmasıdır.

Ultrasəs tibb  sahəsində artıq 40 ildir istifadə edilir. Ultrasəsin çalışma prinsipi isə səs dalğalarının dəyişik yoğunluqda toxumalar arasında fərqli sürətlə irəliləməsi  və əks olunması üsuluna söykənən bir mexanizm ilə işləməsidir. Yarasalar uçarkən və balinalar üzərkən buna bənzər bir üsuldan faydalanırlar.

 

Ultrasəsin uşağa mənfi təsiri varmı?

Ultrasəsin təsirləri mexaniki və termal olaraq iki hissəyə ayrılır. Dölün üzərindəki təsirləri də bu hissələrə uyğun müəyyənləşdirilir. Mexaniki təsir baxımından, dölün incələnməsinin kavitasyona (boşalma) yol aça bildiyini ortaya qoyan bir məlumat var. Ancaq kavitasyon baxımından ultrasəs təhlükəsiz hesab edilir.

Ultrasəs baxımından həkimləri daha çox narahat edən termal (istilik) təsiridir. Ultrasəs döldə teratogenik bir təsirə malik ola bilər. İstilik dərəcəsinin 4 dərəcədən artıq olması və 5 dəqiqədən artıq eyni səviyyədə qalmasının mənfi təsirlər ortaya çıxaracağı düşünülür. Ancaq indiyə qədər istilik dərəcəsində hamiləliyə ziyan olacaq artım rastlanmadığından ultrasəs bu baxımdan da təhlükəsiz hesab edilir.

Hamilə qadınlarda ultrasonoqrafiya artıq 30 ildir tətbiq edilir. Heç bir zərəri görülməsə də, həkimlər vacib bir hal olmadığı halda etdirməməyi məsləhət görürlər.

 

Ultrasəs incidirmi?

Ultrasəs heç də incidən bir texnika deyil, ancaq sidik kisəsi doludursa, bir az narahatlıq verə bilər.

 

Ultrasəs müayinəsi nə qədər davam edə bilər?

Hamiləlik ultrasəsi minimum və maksimum olaraq 10-30 dəqiqə ərzində baş tutan bir müayinədir. Bu müayinə zamanı dölün sağ olub olmaması, hamiləlik yaşı, uşağın duruşu, hamiləliyin var olub olmadığı, döldə ola biləcək qüsurları görmək mümkündür.

 

Ultrasəsi kimlər edə bilər?

Ultrasəs edən şəxs perinatoloji mütəxəssis olmalıdır. Perinatoloji mütəxəssis körpənin və ananın sağlamlığı haqqında məlumatları verə biləcək, baş verən fəsadlara müdaxilə etməyi bacaracaq, ana və körpəylə bağlı düzgün məlumat verəcək şəxsdir. Hər tərəfli ultrasəs zamanı körpə başdan ayağa müayinə edilir və onda hansısa bir problemin mövcud olub-olmadığı müəyyən olunur.

 

Ultrasəslə hansı problemlər müəyyən edilə bilər?

Yaxşı bir ultrasəs  cihazı və mütəxəssis olarsa, uşaqda ola biləcək problemləri müəyyən etmək mümkündür.

Hamiləlik zamanı bu məqsədlə 20-22-ci həftələrdə ultrasəs edilməlidir. Bundan əvvəl edilən ultrasəs tam arzu edilən görüntü verə bilməz. 24 həftədən sonra isə sümükləmə prosesi ilə əlaqəli görüntüləmə bir az çətin olur.

Ultrasəs zamanı uşaqda aşağıdakı anomaliyaları müəyyən etmək mümkündür.

Beyin xəstəlikləri. Beyində maye toplanması.

Onurğa xəstəliyi. Bel sümüyündə yırtıq və kista.

Ağciyər xəstəliyi. Kista və maye toplanması

Ürək xəstəliyi. Ürəkdə deşik və damar problemi

Mədə bağırsaq xəstəlikləri.

Böyrək xəstəlikləri. Kista, tıxanıqlıq

Qol, ayaq anomaliyaları. Sümüklərdə qısalıq və əskiklik

Ancaq bu anomaliyaların tam olaraq görülməsi mümkün deyil. Ananın dəri altı yağ toxumasının qalınlığı, dəri şişliyi, körpənin duruşu, körpənin suyunun miqdarı bu görüntünün keyfiyyətinə mane olan amillərdəndir. Cihaz nə qədər yaxşı olsa,  həkim nə qədər bacarıqlı olsa da, çox hallarda bu problemləri müəyyən etmək olmur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir