İnsanın təbiətində olan qısqanclıq hissi xüsusilə uşaqlarda bacı və ya qardaşın doğulmasıyla üzə çıxır. Günümüzdə ata və anaların bəlkə də ən çox şikayət etdikləri mövzuların başında bacı-qardaş arasındakı qısqanclıq və bunun yaratdığı problemlər gəlir. Yeni uşağın dünyaya gəlməsi hər şeydən əvvəl yeni bir fərdin gəlməsi deməkdir. Bu yeni fərd evdəki tarazlığı dəyişdirərək ən əsası, uşaq tərəfindən rəqib kimi qəbul ediləcəkdir. Bacı-qardaş arasında təbii şəkildə yaranan bu vəziyyət ata və anaların rəftarı ilə bir problem halına gələ bilər.
Ümumiyyətlə, uşağın bacı-qardaş olacağına hazırlanması heç nədən xəbəri olmayan uşaq bir gün biri ilə qarşılaşır və ona bacısı və ya qardaşı olduğu deyilir. Uşağa hələ hamiləlik dövründə digər bir uşağın olacağı bilindirməlidir.

“Biz səni ondan daha çox sevirik” kimi sözlər söyləyirlər. Ancaq uşağın istədiyi daha çox sevilmək deyil, sadəcə sevilməkdir. Aralarında yaş fərqi az olan uşaqlarda qısqanclıq əlamətlərinin daha çox göründüyü məlumdur .Uşaq ilk bacı-qardaş ilə daha çox problem yaşayır. Burada ailənin diqqətinin qəfil başqa bir uşağa yönəlməsinin təsiri böyükdür. Bəzi uşaqlar ikinci övlad doğulduqdan sonra ona böyük diqqət və qayğı göstərir, onun hər ehtiyacını qarşılamaq istəyir və körpənin baxımında anaya kömək etmək üçün çabalayırlar. Bunlar adətən qısqanclığı birüzə verə bilməyən uşaqlardır.
Çoxuşaqlı ailələrdə bacı-qardaşlar arasında rəqabətin gərgin yaşandığı anlar valideynlər üçün dözülməz bir hal ala bilər. Burada üzərində dayanmalı olan əsas məqam, hər uşağın ailə daxilində öz xüsusi dəyərini dərk etməsini təmin etməkdir.
Uşaqlar arasında fərq qoymamağa diqqət yetirərək, hər birinin ayrı bir fərd olduğunu unutmamaq lazımdır. Fərdi fərqlilikləri nəzərə almayan davranışlar göstərilməlidir. Hər bir uşaqla gün ərzində 15-20 dəqiqə belə olsa, yalnız ona həsr olunmuş xüsusi vaxt keçirmək. Bu, uşağın “Mən hələ də valideynim üçün fəqli və xüsusiyəm” hissini, özünün dəyərliliyini bərpa edir. Uşaqlar arasında rolları ədalətli bölmək “Sən böyüksən, güzəştə get “ifadəsi böyük uşaqda inciklik və qəzəb yaradır.

Məsuliyyət yaşa görə yox, imkana görə verilməlidir. Böyük uşağın da “uşaq “olduğunu unutmamaq, yəni körpə doğulduqda böyük uşağın altını islatma, əmzik istəmə, körpə kimi danışmağı normaldır. Buna anlayışla yanaşılmalıdır. Valideynlərə psixoloji olaraq verə biləcəyim ən vacib mesaj:” Uşaqlarınıza bərabər deyil, ehtiyaclarına uyğun ədalətli davranın “çünki hər uşağın sevgi və diqqət ehtiyacı eyni dərəcədə və eyni şəkildə olmur.
Psixoloq Pərvin Bağırova













































































































































































💐
Menim iki usagim var, oxuyanda bezi sehvlerimi basa dusdum.