esedova

Boşanan azərbaycanlı müğənnidən maraqlı açıqlama

Baxış sayı: 1. 824

Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.Lent.az-ın məlumatına görə, “Səs verməyin” verilişinə qonaq olan ifaçı deyib ki, növbəti dəfə ailə qurmaq istəsə, ona həyat yoldaşı müğənni həmkarı Manaf Ağayev tapacaq: “Keçmiş həyat yoldaşımla toydan qabaq heç görüşüb eləmirdik, utanırdım. Aramızda pis hərəkət olmayıb. 3-4 gün idi ailə qurmuşduq mənə dedi ki, “məndən də yaşca böyüksən, sən nə yaxşı mənə ərə gəldin? Utanmadın?” Düz də dedi. Onun sözlərindən sonra boşandıq. Ailəm dağılandan 7 ay sonra o, ikinci dəfə ailə qurdu. Bu gündən gərək Manaf Ağayev mənim toyumu, cehizimi, yaraşıqlı oğlanla tanışlığımı boynuna götürsün. Manafın ətrafı böyükdür. Əsl kişini mənə Manaf tapa bilər”.

Qeyd edək ki, M.Əsədova və M.Ağayevlə yanaşı Nüşabə Ələsgərli də verilişin qonağı olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir