er arvad

Boşanan insanlarda infarkt riski daha yüksəkdir

Baxış sayı: 1. 544

ABŞ tədqiqatçılarının fikrincə, evli həmyaşıdları ilə müqayisədə boşanan insanlarda infarkt riski daha yüksəkdir.
“Gencaile.az” BBC-yə istinadən xəbər verir ki,  tədqiqatlar 15 827 insan üzərində aparılıb. Məlum olub ki, boşanma nəticəsində daha çox stressə məruz qalmış qadınlar yenidən ailə qurduqda infarkt riski azalır. “Circulation” jurnalında dərc edilən məqalədə iddia olunur ki, boşanma ilə bağlı xroniki stress insan orqanizminə uzun müddətli təsir göstərir.

Britaniya Ürək Federasiyası boşanmanı ürək xəstəliyi riski kimi təsnif etməzdən əvvəl daha geniş tədqiqatlara ehtiyac olduğunu bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir