Məhəbbət

Məhəbbət Kazımov dünyasını dəyişib

Baxış sayı: 1. 922

Qeyd edək ki, M.Kazımov bi müddət idi müalicə olunurdu. Bu yaxınlarda mətbuata açıqlamasında əməəkdar artist bunları demişdi:  “İrana getdim, müayinə etdilər. Həkimlər mənə 3 ay vaxt qoyub. Əgər səhhətimdə irəliləyiş olmasa əməliyyat olunacağam. Ürək işləmədikdən sonra insan orqanizmi necə ola bilər ki?! Mənim səsimin qabağında heç bir müğənnin səsi tab gətirməzdi. İlahi imkan verməsə elə 58 yaş da bəsdir”.

Məlumat üçün bildirək ki, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çormankəndində anadan olub. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən professional səhnədə çıxış edir. “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir