Qrip, soyuqdəymə, indi isə koronavirus kimi mövsümi xəstəliklər qıcıqlandırıcı əlamətlərlə, o cümlədən burunun tutulması və tənəffssün çətinləşməsi ilə müşayiət edilir.
Biriləri müxtəlif burun vasitələri əldə edir, digərləri zökəmdən ev şəraitində müalicə üsullarını axtarır.
Əlimizin altında lazmi dərmanlar olmadıqda burun tutulmasından yaxa qurtarmağın üsullarından danışaq.
Amerikanın sağlam həyat tərzi haqqında “Prevention” jurnalı faydalı video dərc edərək bizi xüsusilə gecələr narahat edən burun tutulmasından yaxa qutarmağın sadəliyinə görə 2 dahi metodunu nümayiş etdirib.
Bundan başqa, mövzu ilə bağlı öz fikirlərini doktor. Ellen Mendel və TikTokdan qadın sağlamlığı üzrə Bella adlı ekspert öz fikirlərini bölüşüb.
1) Dilinizdən istifadə edin
Bu üsul sizdən xüsusi səylər tələb etməyəcək. Sadəcə, dilin ucunu damağın yuxarı hissəsinə imkan daxilində güclə sıxın, ikinci barmağınızın yumşaq hissəsini qaşlarınızın arasına qoyub təzyiq edin. Bunu 20 saniyə davam edin və tezliklə tənəffüsün nə qədər asan olduğunu hiss edəcəksiniz. Həmçinin dilin boşalması zamanı siz boğazın arxa hissəsində yüngül hərəkət hiss edəcəksiniz.
2) Başınızı geriyə atın
Burun deşiklərini barmaqlarınızla örtün, ağız boşluğunuzdan ağ ciyərlərinizə tam hava çəkin və başınızı arxaya atın, sanki tavanda çata baxmaq istəyirsiniz.
Tənəffüsünüzü saxlayın və bu vəziyyətdə imkan daxilində qalın. Sonda ağız boşluğunuzdan nəfəs verin, başınızı yavaş- yavaş əvvəlki vəziyyətə qaytarın. Doktor Ellen Mendelin sözlərinə görə, belə hərəkətlər ona gətirib çıxarır ki, tutulmuş burun beyinlə təmasa girir, o da burun boşluğuna, oradan buruna reflekslər göndərərək onu tutulmadan azad edir.
3) Barmaqlarla masaj
Baş barmaqların yumşaq hissəsini qaşların daxili hissəsinə elə yerləşdirin ki, onlar burun körpüsü ilı bir xətdə dayansın. Təzyiq edin və 30 saniyı saxlayın. Bu hərəkəti şişkinlik keçənə qədər təkrarlayın. Siz həmçinin ikinci və orta barmaqların yumşaq hissələrini burunun yanına yerləşdirin. Orta barmaqlarla sıxın və 30 saniyə saxlayın. Sonra eyni şeyi ikinci barmaqla təkrarlayın. Belə hərəkətləri bir neçə dəfə təkrarlayandan sonra burun nahiyəsində yüngüllük hiss edəcəksiniz.
4) Tənəffüs hərəkətləti
TikTokdan qadın sağlamlığı üzər ekspert dərc etdiyi videoda tənəffüsün yüngülləşdirilməsi üçün belə bir üsul təklif edib. Birincisi, Bella burun ciblərinin yaxalamaq üçün spreydən istifadə etməyi tövsiyyə edir, bu, qatı seliyin yumşaldır və soyuqdəymə və qripin əlamətini yüngülləşdirir. Bu zaman o, hamilə qadınlara bu metotdan istifadə etməmək barədə xəbərdarlıq edir.
Videoda ekspert tənəffüs hərəkətlərini necə icra etməyi göstərir: əyləşin, ağzını yumun, nəfəs alın və burnunuzdan nəfəs verin, burnunuzu barmaqlarınızla örtün, 10 saniyə hərəkətsiz dayanın, başınızı bir tərəfdən o biri tərəfə yelləyin və əllərinizi sifətinizdən götürün. Bu hərəkətləri bir neçə dəfə fasilələrlə təkrarlayın.
Bella bu hərəkətlərin təsirini bela izah edir: “Buna təzyiq etmək burun boşluğunda azot oksidi qazını yaradır”. O da “bizim tənəffüs sistemimizə qan qaxınını artırır və nəfəs almağımızı yüngülləşdirir. O, həmçinin “orqanizmdə qan dövranını gücləndirir”.
Ekspert həmçinin diqqəti ona yönəldir ki, azot- oksidin mikrobəleyhinə, antibakterial və virusəleyhinə təsiri vardır.