masin

Yaxın gələcəyimizin yol mənzərəsi: Elektromobillər

Baxış sayı: 427

Avtomobil sektorunun gələcəyi hesab edilən elektrikli avtomobillər, 2000-ci illərin ən böyük inkişafı hesab edilir. Elektrikli avtomobillərin ətraf mühiti çirkləndirmədiyi qeyd edilsə də, əslində bu belə deyil.

İstehsalçıların bu vasitələr üçün istehsal etdiyi litium-ion batareyalar, elektrikli avtomobillərin zəhərli qazları olmasa belə onları ətraf mühit üçün təhlükəli hala gətirir. Ancaq yenə də elektrikli avtomobillərin ətraf mühitə zərəri olduqca azdır.

Şəhər daxili və xaricində qəsəbələrdə və yaşayış məntəqələrində karbondioksit miqdarının azalması sosial həyata paralel şəkildə təsir edir. Fosil yanacaqların istifadəsinin aradan qalxdığı və havanın keyfiyyətinə dair ciddi inkişaf müşahidə edildiyi bir çox ərazilərdə, benzin və dizellə çalışan avtomobillərin istehsalına qadağa qoyulub.

Elektrikli avtomobillərin yanacaq mühərrikli avtomobillərdən əsas fərqi hava çirkliliyinin tamamilə aradan qaldırmasıdır. Bəs elektrikli avtomobillər həqiqətənmi ətraf mühit çirkliliyini aradan qaldırır? Bu gün bu suala cavab tapmağa çalışacağıq.

 

Elektrikli avtomobillər necə çalışır?

Avtomobil dünyasının ənənəvi tarixini yaradan daxili yanma mühərrikli avtomobillər, elektrikli mühərriklərin yayılması ilə ikinci plana atılıb. Elektrikli avtomobillər daxili yanma mühərrikləri ilə müqayisə edildiyi zaman ilk diqqəti çəkən sürətlənmədir. Buna səbəb isə elektrikli mühərriklərin bütün gücünü bir dəfəyə tükətməsidir. Daxili yanma mühərriklərində müəyyən sürətlər üçün müəyyən dövr tələb edildiyi təqdirdə, elektrikli mühərriklər bunu saniyələr içində edir.

Benzinli və dizel mühərriklərdəki kimi elektrikli avtomobillərdə də bir çən var. Burada yanacaq olmasa da, bir sıra batareyanın yaratdığı elektrik istifadə edilir. Elektrikli avtomobillər, ilk dəfə istifadəçilərə təqdim edildiyi zaman bu batareyalar qurğuşun-turşu qarışığından hazırlansa da, hazırda bu batareyalar litium-ion qarışığından hazırlanır.

Gücünü bu batareyalardan alan elektrikli avtomobillər indi daha uzun məsafələr qət edə bilir.

 

Elektrikli avtomobillərin 4 təkərlə çəkə bilməsi üçün ön və arxa olmaqla hər iki tərəfə mühərrik yerləşdirilir. Bu formada çalışan elektrikli avtomobillərə Jaguar I -Pace-ni misal göstərmək olar.

 

Yanacaq və elektrik

Elektrikli avtomobillərin sıfır emissiyaya sahib olması ətraf mühit və insan sağlamlığı üçün çox əhəmiyyətlidir. Bu sektorun nəhəngi hesab edilən Tesla, istehsal etdiyi avtomobillərə “sıfır emissiya” ibarəsi də əlavə edib. Ancaq Massaçuset Texnologiya İnstitiunun araşdırmalarına görə, Teslanın əslində dediyini reallaşdırmadığı aşkar edilib.

Yayımlanan araşdırmaya görə, Model SP100D modelinin qət etdiyi hər km-də 226 qram karbon xaric etdiyi müəyyən edilib. Ortaya çıxan bu reallıqdan sonra elektrikli avtomobillər daha çox diqqəti çəkməyə başladı.

İlk baxışda daxili yanma mühərriklilərində olan, zəhərli qaz çıxışı olmayan avtomobillərin ətraf mühitə necə zərər verdiyi anlaşılmır. Əgər elektrikli avtomobillərin zəhərli qaz çıxışı belə yoxdursa, bu avtomobillər necə olur ki, ətraf mühit üçün zərərli ola bilir? Bu suala cavab vermək üçün üçün isə doğru sual vermək lazmdır. Bu sual isə elektrikli avtombillərdə güc qaynağı olan enerjinin necə istehsal edilməsidir. Bütün dünyada istehsal edilən elektrikin 40 faizi fosil qaynaqlardan əldə edilir. Elektrikin bu şəkildə əldə edilməsi baxışların termik santrallara yönəlməsinə səbəb olur. Yaxşı, problem təkcə elektrikin istehsal edilməsindədirmi?

 

Litium-ion batareyalar heç də ətraf mühit üçün faydalı deyil….

Litium-ion batareyalar ətraf mühit üçün zərərli olan və nadir hesab edilən elementlərdən əldə edilir. Elementlərin nadir olmasını vurğulamaqla onun əlçatan olmadığını demək istəyirik. Bu da nəqliyyat müdətinin sıxlığında artıma işarə edir. Nəqliyyat avtomobillərinin də daxili yanmalı mühərriklər istifadə etdiyini nəzərə alsaq vəziyyətin qarışıq olduğunu görmək mümkün olur.

 

Elektrik və Fosil yanacaq…

Hər hansı bir zəhərli qaz üçün çıxışı olmayan elektrikli avtomobillərin də zərərli olduğunu öyrənmiş olduq. Bütün bunlara baxmayaraq elektrikli avtomobillər yenə də ətraf mühit üçün daxili yanma mühərrikli avtomobillərdən daha çox faydalıdır. Bunun səbəbi isə litium-ion qarışından hazırlanmış batareyaların, daxili yanma mühərrikli avtomobillərdən çıxan zəhərli qazlardan daha az zərərli olmasıdır.

 

Tərcümə etdi: İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir