icki

Cəmiyyətin üzləşdiyi daha bir təhlükə – alkoqolizm…

Baxış sayı: 641

Son günlərin müzakirə mövzularından biri heç şübhəsiz “patı”dır. Narkotikin ən ucuz və ən tez öldürən bu növü cəmiyyəti çox ciddi şəkildə narahat etməkdədir. Artıq geniş şəkildə yayılan “ağ ölümə” qarşı ciddi mübarizə başlayıb. Həm cəmiyyət, həm də hüquq-mühafizə orqanları bu məsələyə çox həssas yanaşır. Lakin unutmaq lazım deyil ki, uzun illərdir cəmiyyəti uçuruma aparan narkomaniya ilə yanaşı alkoqolizm də geniş yayılmaqdadır. Hazırda diqqət narkomaniyaya yönəlsə də, alkoqolizm bəlasını da unutmamalıyıq.

Alkoqolizm spirtli içkilərin istifadəsi nəticəsində yaranan və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Hazırda da Bakı küçələrində gözümüzə tüfeyli həyat tərzi sürən insanlar dəyir. Onlar alkoqolizm xəstəliyindən əziyyət çəkənlərdir.

 

Alkoqol asılılığı necə yaranır?

Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirib.Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir.

İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla “dözməsi”dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur.

Dördüncü simptom abstinent sindromdur. Bu, insanın içki qəbulundan bir gün sonra özünü yorğun, əzilmiş, hiss etməsi, əllərinin əsməsidir. Belə adamlar səhər tezdən içki qəbul etməsələr belə, yenidən içmək üçün səbirsizliklə iş gününün sonunu gözləyirlər.Alkaşlığın inqilabi müalicəsi tapılıb – ALİMLƏR – medpress.az

Amma içki qəbul edəndən sonra özünü pis hiss edənlər də iki qrupa bölünür və alkoqoldan zəhərlənənləri içkin düşkünləri sırasına aid etmək olmaz. Sadəcə olaraq, onlar zəhərləndiklərinə görə səhəri gün özlərini pis hiss edirlər və vəziyyətlərinin düzəlməsi üçün yenidən içki qəbul etmək istəyi hiss etmirlər. Alkoqoliklər isə yenidən içmək zərurəti hiss edirlər.

Beşinci əlamət müxtəlif xəstəliklərdir. Yəni insan laborator təhlilləri mənfi nəticələnir və ya içki nəticəsində ailəsi dağılır. O isə içkidən ayrıla və alkoqol qəbul edilməsini dayandıra bilmir. Sonuncu meyar isə alkoqolun insanın həyatında əsas rolu oynamasıdır. Başqa sözlə, bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alqokolla bağlı olmayan digər maraqlar isə sonrakı yerlərə keçir.

Alkoqol xəstəliyi ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzən isə alkoqol psixozları ilə nəticələnir. Xəstə olan şəxs vahimələnir, yuxusu pozulur, hallüsinasiya müşahidə olunur. Spirtli içki düşkünləri arasında tez-tez bədbəxt hadisələr, baş verir, onların əmək qabiliyyəti zəifləyir.

Dünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə, ruhi xəstələrin 40-50%-ni, həbs edilənlərin 50%-ni alkoqoliklər təşkil edir.

Alkoqol – qədərində içmək bacarığı və genlər – Azlogos

Son illərin statistik rəqəmləri də onu göstərir ki, Azərbaycanda alkoqolizm psixozu diaqnozu qoyulmuş şəxslərin sayı artıb. Sonuncu olaraq 2019-cu ildə alkoqolizm psixozu diaqnozu ilk dəfə qoyulmuş xəstələrin sayı 515 nəfər olub. Bu ,əvvəlki illərə nisbətən daha çoxdur. 2020-ci ildə də bu rəqəmlərdə ciddi şəkildə artım var.

Azərbaycanda narkotik və alkoqolizm xəstələrinin törətdiyi cinayətlərin sayında da artım var. Hazırda xuliqanlıq, oğurluq kimi cinayətləri törədərək həbs edilən şəxslər arasında spirtli içkinin təsiri altında bu yola əl atanlar çoxdur.

Statistik rəqəmlərdə alkoqolizm xəstəliyindən ölən şəxslərin sayı barədə dəqiq rəqəm yoxdur.

 

İlkin MURADOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir