mehbuslar

Sovet dövründə məhbuslar üzərində 30 gün yuxusuz qalmaq təcrübəsi– Onlar bir-birilərinin ətlərini yeyiblər… QORXUNC FAKTLAR

Baxış sayı: 590

Dünyada bir çox dəhşətli təcrübələr haqqında zaman-zaman məlumatlar dərc edirik, amma təqdim edəcəyimiz bu sınaq həqiqətən insanlığın gəldiyi son nöqtədir.

Hekayə 1940-cı illərin sonlarında sovet laboratoriyasında aparılan bir yuxu təcrübəsini təsvir edir. Elmi təcrübədə beş siyasi məhbus 30 gün oyaq qalmaq üçün davamlı qaz kamerasında saxlanılıb. Məhkumlara təcrübəni başa çatdırdıqları təqdirdə həbsxanadan çıxacaqlarına söz verilib.

Ruslar tərəfindən həyata keçirilən bu təcrübədə insanların 30 gün boyunca yatması qadağan olunub. “Rus Yuxu Təcrübəsi” adlanan bu layihə üçün II Dünya müharibəsi zamanı düşmən sayılan siyasi məhbuslardan istifadə edilib.

Həmin 5 siyasi məhbus bir otağa qapadılıb və onlara 30 gün yatmamaları söylənilib. İnsanların 30 gün qaldığı otaqda kifayət qədər su, yemək və kitab olub.

Bundan əlavə, otağa qurbanların danışa biləcəyi mikrofonlar yerləşdirilib. Yatmalarının qarşısını almaq üçün mütəmadi olaraq otağa qaz və oksigen buraxılıb. İlk 5 gün ərzində qurbanlar çox narahat olmasa da, şikayətlər 5-ci gündə gəlməyə başlayıb. Məhkumlar mikrofonlar vasitəsilə təcrübənin dayandırılmasını istədiklərini söyləsələr də işçilər bundan qəti şəkildə imtina ediblər.
9-cu gün gələndə məhbuslar psixoloji sarsıntılar keçirməyə başlayıb və onlardan biri bacardığı qədər yüksək səslə durmadan qışqırıb. Qışqıran məhbusun sonradan səs tellərinin sıradan çıxdığı məlum olub. Digər məhkumlar isə mikrofona bir şeylər pıçıldayıblar.

Təcrübənin 12-ci günü məhbusların səsləri kəsilib və heç biri danışmayıb. Mikrofonları və oksigen səviyyəsini yoxlasalar da, texnikalarda heç bir problem görülməyib.

İki gün gözlədikdən sonra tədqiqatçılar içəri girməyə qərar veriblər və məhbuslara mikrofonla gələcəklərini söyləyiblər.
Sonra qurbanlardan biri artıq azad olmaq istəmirik deyib.

Təcrübənin 15-ci günü tədqiqatçılar qapını açıblar və içəri girib məhbuslardan birinin öldüyünü aşkar ediblər.

Bütün məhbusların dəriləri tökülmüş və döşəmənin hər yerində qan, qusma izləri var idi. Öz ətlərini yeyən qurbanlar bir rus əsgərinə də hücum edərək onu öldürüblər.

Sağ qalan 4 məhbusdan birinin dalağı partlayıb və qanaxma başlayıb. Tibb tədqiqatçıları onu sakitləşdirməyə çalışıblar, amma bu, mümkün olmayıb. Bir insanın ala biləcəyindən daha çox morfin qəbul etməsinə baxmayaraq həyatını itirib.

rusya da yapılan korkunç uyku deneyi

Sağ qalan 3 məhbus tam təchiz olunmuş tibb mərkəzinə köçürülüb. Səs telləri sağlam olan 2 məhbus oyaq qalmaq üçün daha çox qaz tələb ediblər. Məhbuslardan biri bağlandığı iplərə baxmayaraq qəzəblə hücum qarşısındakına hücum edib. Onu sakitləşdirmək üçün normal anesteziyadan daha artığı istifadə edilib və bundan sonra onun ürəyi dayanıb. Ekspertizada yarılma zamanı testlərin nəticələrinə görə, qandakı oksigen miqdarının lazım olduğundan 3 dəfə çox olduğu məlum olub.

Gerçek mi Şehir Efsanesi mi? Kanınızı Donduracak Tartışmalı Rus Uyku Deneyi - onedio.com

Sağ qalan iki nəfər isə 5 nəfər arasında ilk qışqır-bağır salanlardan idi.

Bu hekayə ilk olaraq qorxunc hekayələr paylaşan bir saytda yayımlanıb, hekayə rəsmi sənədlər və mənbələr tərəfindən təsdiqlənməyib.

Ən uzun qeydə alınan yuxusuzluq vəziyyəti 266,5 saatdır (təxminən 11 gün). 1965-ci ildə bir elmi sərgi üçün bu təcrübəni həyata keçirən Fresno Dövlət Kollecinin tələbəsi 17 yaşlı Randy Gardner, dünyadakı ən uzun yuxusuzluq rekordunu əlində saxlayıb.

Rusların Yaptığı Korkunç Uyku Deneyi | İzlesene.com

İddialara görə bu hadisə əslində bir-birlərini qorxutmaq üçün xaricdəki gənclər düşərgəsində uydurulmuş bir hekayədir.

Bu hekayə ilk dəfə 2010-cu ilin avqust ayında paylaşılıb və rəsmi sənədlər və ya mənbələr tərəfindən dəstəklənmir. Lakin indi də sosial şəbəkələrdə bu hekayəni paylaşanlar az deyil.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir