CENUBI KOREYA

Cənubi Koreya haqda 10 qəribə xüsusiyyət – MARAQLI

Baxış sayı: 8. 650

2010-cu ildə Cənubi Koreyanın paytaxtı Seul ən yaxşı dizaynlı şəhər seçilmişdi. Görünüşcə müasir olan bu qədim şəhərə hər il milyonlarla turist gəlir. Qloballaşan dünyada koreyalılar öz milliliklərini, unikal adət və ənənələrini qoruyub saxlaya biliblər. Bu xüsusiyyətlər ölkəyə gələn turistlər üçün qeyri-adidir.

Maraqlı olacağını nəzərə alıb, Cənubi Koreya haqda 10 qəribə xüsusiyyəti təqdim edirik.

 

1. Tualet zarafatları

 

Cənubi Koreya tualetlə bağlı zarafatlarla məşhurdur. Bizdən fərqli olaraq koreyalılar ifrazat prosesinə ayıb, gizlin və murdar bir şey kimi yanaşmırlar, onlar bunu ironiyaya, lağ-lağıya çevirirlər. Hətta sırf tualetdəki prosesi əks etdirən heykəllərdən ibarət park da mövcuddur. Mağazalarda nəcis formasında olan peçenyelərə, şirniyyatlara rast gəlmək olar. Suvenir dükanlarında eyni mövzunu əks etdirən fiqurlar doludur. Cənubi Koreyalılar belə şeylərdən diksinmir və bu cür zarafatlardan incimir.

 

2. Dostların qucaqlaşmağı

 

Avropada insanlar ictimai yerlərdə bir-birlərini qucaqlamağa, öpməyə və ictimai yerlərdə nəvazişin başqa isti təzahürlərini nümayiş etdirməyə elə də yaxşı baxmırlar. Özəlliklə əgər kişinin kişini, yaxud qadının qadını qucaqlamağından söhbət gedirsə. Avropada belə şeyləri homoseksualizm kimi qiymətləndirirlər. Amma Cənubi Koreyada yanaşma tamamilə fərqlidir. İctimai yerlərdə əks cinsin nümayəndələrinin bu cür hərəkətləri xoş qarşılanmasa da, eyni cinsdən olan dostların əl-ələ tutması, gəzişməsi tamamilə normal haldır.

 

3. Plastik əməliyyatlar

 

Cənubi Koreya adambaşına düşən plastik əməliyyatların sayına görə lider ölkələrdəndir. Burda plastik əməliyyat edən yaxşı həkimlər o qədər çoxdur ki, hətta xarici ölkələrdən də xarici görünüşünü dəyişmək üçün insanlar bura axışır. Həmçinin qiymətlər də Avropa və ABŞ-dan daha ucuzdur.

 

4. Sevgililər üçün motellər

 

Bizdə olduğu kimi Cənubi Koreyada da cütlüklərin küçədə öpüşməsi xoş qarşılanmır. Həm də ailə dəyərləri güclüdür. Amma bizdən fərqli olaraq onlar sevişmək üçün yer tapa bilirlər. Bunun üçün xüsusi motellər mövcuddur. Gənc cütlüklər öpüşmək üçün parkların görünməz küncünə çəkilmirlər, bu balaca motellərə gedirlər. Bizdən fərqli olaraq orda cütlüklərdən “evlilik haqqında şəhadətnamə” istənilmir.

 

5. “K-Pop”

 

“K-Pop” Koreya pop-musiqisidir. Bu musiqi janrı özünəməxsus xüsusiyyətlər daşıyır və təkcə Cənubi Koreyada deyil, digər Asiya ölkələrində də geniş yayılıb. Belə qrupların konsertinə yüz minlərlə fanat yığılır, isterikanın dərəcəsi isə bəzən o qədər yüksək olur ki, ürəyi gedənlər də tapılır. “K-Pop” janrında ifa edən qruplar adətən 16-24 yaşlı oğlan və qızlardan ibarət olur. “K-Pop”-un musiqi kompozisiyaları özündə blüzun, hip-hopun, elektropopun elementlərini daşıyır, mətnlər isə çox vaxt ingiliscə olur.

 

6. “Ayyummas”

 

Ayyummas – Cənubi Koreyada yaşlı xanımları belə adlandırırlar. Koreya mədəniyyətinin spesifik xüsusiyyətlərindən biri cəmiyyətin kiçik üzvlərinin böyüklərə fövqəladə hörmətidir. Buna görə də yaşlı xanımlar yüksək status qazanır və istədiklərini edirlər. İctimai nəqliyyatda onlara hamı mütləq yer verməlidir. Onlar istədikləri zaman özünü yaxşı aparmayan gəncləri lap camaatın içində danlaya bilərlər, hətta tüpürə bilərlər. Heç kimin də bu qadınlara cavab qaytarmağa cəsarəti çatmaz.

 

7. Alkoqoldan istifadə

 

Cənubi Koreya dünyada ən çox spirtli içki içilən ölkələrdəndir. İş günü bitdikdən sonra küçələrdə kefli adamların əlindən tərpənmək olmur. Düzdür onlar sərxoş olsalar da özlərini adətən yaxşı aparırlar. Çox nadir hallarda içkiyə görə pis nəsə baş verir. İçki məclisləri sanki gərgin işin davamıdır. Cənubi Koreyanın “korporativ mədəniyyəti” tələb edir ki, müdir kollektivi içməyə dəvət edibsə, heç kim imtina etməməlidir.

 

8. Eyni cür geyinmək – Koreya gənclərinin trendi

 

Avropada eyni geyimdə olan iki gənc görmək qeyri-mümkündürsə, Cənubi Koreyada bu dəbdir. Gənclər əkizlər kimi geyinməyə çalışırlar. Bununla da onlar yaxşı dost olduqlarını göstərirlər.

 

9. Restoranlardan yemək sifarişinin tez gəlməyi

 

İnkişaf etmiş ölkələrdə restorandan yemək sifarişi sistemi yaxşı işləyir, amma Cənubi Koreyada bu məsələ çox mükəmməldir. Sifarişçi telefonu yerə qoymamış, artıq qapı döyülür. Yeməklər birdəfəlik qablarda deyil, əsl boşqablarda gətirilir və sonra kuryer gəlib onları geri istəyir.

 

10. Ultra-mini yubkalar

 

Müasir dövrdə mini yubka ilə artıq heç kimi təəccübləndirmək mümkün deyil, amma koreyalılar bunu edə bilir. Xanımlar bəzən o qədər qısa geyinirlər ki, nərdivanları qalxarkən ayaqlarının arası görünməsin deyə çantadan, yaxud qəzetdən istifadə edirlər. Koreyalılar belə geyimə normal yanaşırlar. Məsələnin qeyri-adi tərəfi ondadır ki, qadın sinəsi açıq geyinsə, ona pis baxırlar. Belə qadın gərək “ayyummas”ların gözünə görünməsin.




7 şərh “Cənubi Koreya haqda 10 qəribə xüsusiyyət – MARAQLI

  1. Qurban

    Koreyani cox sevirem. Mence ele adetleride bizden cox ele ferqlenmir. Esitdiyime gore onlar yemek sufresinde ickiden, muxtelif nov sulardan istifade edirler. Tesekkur edirem.

    Cavabla
  2. Günay

    Əla çox gözəl məlumatlar yazmısınız. Məndə 🇰🇷Cənubi Koreyanı ölkəm qədər çox sevirəm. Allahın izni ilə məndə orda gələcəkdə dizayner işləmək istəyərəm.

    Cavabla
  3. ARMY SARA

    salam mende cenubi koreyani cox sevirem amma ailem yox bu meni uzur hemde men bir army’em BTS army amma valdiyenlerim qarsi cixir ele atam bilse men army’em m-meni doyer amma men teslim olmaq istemirem 14 yasim var koreya dilini oyrenmek isteyirem xeyallarimin ardinca gedmek isteyirem….

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir