Çay insanın gündəlik maye tələbatının böyük bir hissəsini təşkil edir. Çay hər evdə süfrələrin baş tacıdır. Lakin çay diqqətsizlikdən dağılanda heç də ürəkaçan olmur. Çünki çay ləkəsini çıxartmaq üçün xeyli əziyyət çəkməli oluruq. “Gencaile.az” çay ləkəsini təmizləməyin yollarını təqdim edir:
Çay ləkəsi necə çıxarılır?
İsti içildiyi üçün təhlükəli ola biləcək qəzalar meydana gəlir. Çayın dağılması mebel örtüklərinin və ya xalçaların ləkələnməsi ilə nəticələnir. Belə vəziyyətdə dərhal müdaxilə etmək lazımdır.
Paltardakı çay ləkəsi necə çıxır?
Əgər geyimə çay tökülübsə, paltarın iç tərəfini çevirin və soyuq suyla yuyun. Ağardıcı yuyucu tozlarla ləkəli bölgəni ovun. Paltarda yeni yaranmış ləkəni 5-10 dəqiqə, köhnə ləkəni isə yarım saata qədər yuyucu vasitə əlavə edilmişsuda saxlayın. Sonra təmiz su ilə yaxşıca yaxalayın, uyğun proqramda paltaryuyan maşında yuyun.
Xalçadakı çay ləkəsi necə çıxır?
Dərhal müdaxilə edərək tökülən çayı kağız köməyi ilə silin. Beləliklə, ləkə dərinə getməmiş olur. Xalça silərkən qüvvə tətbiq etməyin. Tərkibində ağardıcı olmayan yuyucu tozu ilıq suya qatın. Bu qarışığı bez köməyiylə xalçaya əmdirin, amma ovmayın. Sonra təmiz su ilə ləkəli bölgəni yaxalayın.
Kreslodakı çay ləkəsi necə çıxır?
Xalçadakı çay ləkələrinin çıxarılması üçün istifadə etdiyiniz üsulu divar və kreslolarda da tətbiq edin.
Mebellərdən çay ləkəsi necə çıxır?
Masa, stul və başqa taxta mebellərdə tökülən halqa şəklində çay ləkələrinə tez-tez rast gəlinir. Çay töküldüyü an təmizlənməsə, ləkələr qalıcı olur. Bu ləkəni silmək üçün zərər verməyəcək bez köməyilə yuyucu tozlarla mebeli silin. Bununla yanaşı, karbonat sirkə qarışığı da çay ləkəsini təmizləmək üçün ideal variantdır.
Bu üsullarla eviniz tərtəmiz olacaq.