learn_english-660x330

İngiliscə öyrənmək üçün kino saytları

Baxış sayı: 4. 529

Filmlərə və seriallara öyrənilən dildə baxmaq həmin dili öyrənməyin ən effektiv metodu olaraq bilinir. İndi sizə bir neçə pulsuz sayt təqdim edir. Bu saytların köməyilə siz yeni kinolarla tanış olmaqla yanaşı, ingilis dilinizi də inkişaf etdirə bilərsiniz.

Qısametrajlı filmlərdən əlavə, onlar əsasında dərs planları da təqdim edilir. Hər filmin üstündə dilin hansı səviyyəsinə uyğun olduğu, hansı auditoriyaya uyğun olmasından, mövzusundan məlumat yazılır. Filmə baxmaq üçün aşağı doğru sürüşdürün və danışıq qabiliyyətinizi inkişaf etdirməyə başlayın.

Yüzlərlə filmdən fraqmentlərlə yanaşı, həm də təklif edilən çalışmaları həll edin. Bundan əlavə saytda filmlər haqqında bir-birindən maraqlı məqalələri də oxuya bilərsiniz.. Filmlərin tam siyahısı  üçün bura klikləyin. Xoş müzakirə və seyrlər!

British Council ingilis dilinin öyrədilməsində həmişə ən yaxşı həlləri təqdim etməklə tanınır. Bu resursda isə siz kino haqqında məqalə və resenziyalarla tanış ola bilərsiniz. Həm filmlər haqqında maraqlı fikirlər, həm də dil öyrənmək üçün əla saytdır.

Subtitrlərlə filmə baxmaq yazı, danışıq və eşitmə qabiliyyətlərinizin eyni anda inkişafına gətirib çıxara bilər. Filmlərdən fraqmentlərə subtitrlərlə baxın və qrammatikanı əyani üsullarla öyrənin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir