Bu müsahibəni 1966-cı ildə Riçard Merimen, Çarli Çaplinin Avara rolunu oynadığı ərəfədə almışdır. Qısa alınmış müsahibədə Çarli Çaplin Avara obrazının necə ortaya çıxmağından, ilham mənbəyinin hardan qaynaqlandığından danışır. Yəqin ki, bu söhbət məşhur aktyorun xarakterini yaxından tanımaqda kömək olacaqdır.
Riçard Merimen: Bizim söhbətimiz yalnız və yalnız sizin işiniz, sənətiniz barədə olacaq, başqa mövzulara girişməyəcəyik. İstəyərdim bir az iş həyatınızdan danışasınız…
Çarli Çaplin: Qısaca olaraq bunu belə şərh etmək olar: mənim əlləşdiyim tək şey öz işimdir. İşlədiyim yerdən başqa mənə lazım olmayan işlər mənim üçün tamamilə maraqsızdır. Ayrı bir işə sahib olsam da yenə burda qalaram. Başqa cür mümkün deyil.
R.M: Danışa bilərsiniz, avaralar obrazı necə meydana çıxdı?
Ç.Ç: Hər şey birdən oldu. Operator mənə hansısa bir gülməli qrim axtarıb tapmağımı istədi, ancaq heç nə ağlıma gəlmədi. Bu zaman qalxıb kostyum otağına getdim və dəhlizdə düşündüm: qoy onlar bir-birinə uyğun gəlməyən şeylər düzəltsinlər – torbaya oxşar şalvarlar, dar palto, yekə başa balaca şlyapa və s… Pis gündə, amma yenə də centilmen. Mən hələ bilmirdim, üzə nə eləmək olar, ancaq hər halda düşünürdüm ki, üz ifadəsi kədərli və ciddi olmalıdır. Onun məzəli tərəfini gizlətmək istəyirdim və buna görə də nazik bığ düzəltmək ağlıma gəldi. Onlar personajın xarakterinə xətt çəkmirdilər, sadəcə səfeh-səfeh şeylər danışırdılar. Onlar mənim üz ifadəmi gizlətmirdilər.
R.M: Özünüzə baxanda bəs ilk reaksiya necə oldu?
Ç.Ç: Gedərdi. Xüsusi bir effekt yox idi. Hələ ki, mən kamerada oynamayacaqdım. Kadra girəndə isə mən öz geyimimə arxayındım və bu məni çəkilişə kökləyirdi. Duyğularım çox gözəldi, onda qəhrəmanda istər-istəməz özümə çevrilməyə başlayırdı. Səhnə hansısa bir otelin foyesində baş tuturdu, burda avara bir müştəriyə hiyləylə oturmağını, istirahət etməyini istəyir. Ətrafdakılar onlara şübhəylə baxırdılar. Mən isə çalışdım eynən kirayənişinin oteldə elədiyi kimi hərəkət edim: hesab kitabına baxdım, siqaret götürdüm, püfüldətdim və insanların necə keçib-getdiyini müşahidə eləməyə başladım. Və birdən zibil qabı ayağıma ilişir. Bu oynadığım ilk gülməli epizod olur. Beləcə personaj doğuldu. Özü də mənə görə, o elə də pis deyildi. Mənim sonradan oynadığım personajlarda elə də komik epizodlardan istifadə olunmadı. Bircə şeyi mən olduğu kimi saxladım – bu avaranın geyimi yox, onun ağrıyan ayağıydı. O belə səs-küylü, gurultulu görünmürdü, ayaqları həmişə axsaya-axsaya, sürünə-sürünə hərəkət edirdi. Mən sifariş verdim ki, mənə daha böyük ayaqqabı versinlər, çünki bunda balacadan fərqli xeyli gülməli görünürdüm, bu mənə həddindən artıq komiklik verirdi. Onu da deyim ki, mən çox eleqant adamam və elenqant görünmək üçün bu ayaqqabılar daha çox məzəli olmalıydı.
R.M: Sizin öz baxışınızla deyə bilərsinizmi ki, avara obrazı bizim zamanımıza gəlib çıxacaq?
Ç.Ç: Hələ fikirləşmirəm, yerini tapıb. Bu görünüşlə bizim dünya daha çox nizama salınmış görünür. Mən inanmıram bu daha xoşbəxt bir yer tutacaq, heç vaxt. Bu saçı uzun, gödək paltarlı uşaqlara baxıb, mənə elə gəlir, hər kəs səfil, avara olmaq istəyir. İndi keçmiş utancaqlıqla, təvazökarlıqla bunun əlaqəsi yoxdu. Onlar göstərirlər ki, bu cür utancaqlıq keçmişdən belə qalıb. Bu başqa bir epoxadır. Ona görə də necə olacağı barədə ətraflı danışa bilməyəcəm. Və şübhəsiz, səs – yeganə səbəbdir. Mənim səsimdən ortaya çıxan personaj yerində qalmır. Mən onun səsinin necə olduğunu təsəvürümə gətirmirəm. Ona görə də ona getmək qalır. (publika.az)