Banan
Seksin daha uzun müddət davam etməsini istəyirsinizsə, başlamadan əvvəl hazırlaşmalısnıız. Böyük bir banan yataqda dayanıqlı olmanız üçün möhtəşəm qidadır. Bananın tərkibindəki B vitamini karbohidratları enerjiyə çevirməyə kömək edir. B vitamini eyni zamanda testosteron hormonlarının ifrazı üçün də əhəmiyyətlidir. Seksə başlamadan bir neçə saat əvvəl iri bir banan yeyin.
Kərəviz
Seksdən əvvəl həyat yoldaşınıza kərəviz yedizdirin. Yeyəndən sonra Leonardə di Kapriodan da yaraşıqlı görünəcək. Çiy kərəvizin tərkibində kişilik hormonu adlanan androsterion var. Bu hormon qarşı cinsə yaxş təsir göstərir. Siz özünüz də kərəviz yeyə bilərsiniz. Əgər həyat yoldaşınız kərəvizi xoşlamırsa, yeməyinə bir neçə ədəd göbələk rəndələyin. Göbələk özü də kişilik hormonu olan androsteronun səviyyəsini yüksəldir.
Şokolad
İtaliyada aparılan bir araşdırma nəticəsində hər gün şokolad yeyən qadınlar cinsi həyatlarından tam razı olduqlarını bildiriblər. Şokoladın tərkibində sərxoşluq yaradan, insana həzz verən və rahatladan maddələr var. Digər şirniyyatlar kimi şokolad da xoşbəxtlik hormonu olan endofrinin səviyyəsini yüksəldir. Axşam yeməyindən sonra bir neçə şokolad yemək stressinizi azaldıb sizi rahatladacaq.
Kətan toxumu
Gündə sadəcə 1 xörək qaşığı kətan toxumu testosteronu artırır. Cinsi istəyi artıran fındıq dadlı bu toxumların tərkibində omega 3 və omega 6 var. Orqanizmdə yetərincə yağ turşuları olmadığında cinsi istəklər aşağı düşər. Hər gün 2 xörək qaşığı kətan toxumu yemək vitamin və mineral ehtiyacının 140 faizini qarşılayar. Toxumdakı yağ tez korlana bildiyindən bu toxumları işıq keçirməz şüşə qabda, ya da vakumlu sellofanlarda saxlayın. Dadını bəyənməsəniz, onun əvəzinə qoz yeyə bilərsiniz.
Zəncəfil
Zəncəfl genetik bölgələrə qan axınını sürətləndirər. Zəncəfil qan təzyiqini yüksəltdiyindən damarlarda yoğunlaşan qan axını zamanı genetik bölgədəki toxumalarda sərtləşmə olur. Daha sora damarlar daralır və cinsi bölgələrdəki qanının xaricə çıxması əngəllənmiş olur. Bunun sayəsində genetik bölgədəki həssaslıq yüksəlir. Zəncəfil toz halında istifadə edildikdə təsiri az olur.
Bal
Bal tərkibindəki karbohidratlar sayəsində bədənə enerji verir. B vitamini ilə zəngin olması baxımından testosteron səviyəsini yüksəldir və tərkibində maddələr mübadiləsini sürətləndirən bol mineral var.
Hind qozu və qərənfil
Siçanlar üzərində aparılan bir araşdırma nəticəsində hind qozu və qərənfilin cinsi aktivliyi yüksəltdiyi bilinib. Hind qozunu çox yeməyin. Sadəcə qəhvəyə, şokoladlı içkinizə əlavə etsəniz bəsdir.
İlbiz
Romalılar hər axşam yeməyində ilbiz yeyirlər, çünki onların düşündüyünə görə ilbiz cinsi istəyi artırır. Tərkibində testosteronu yüksəldən sink və cinsi hormonları yüksəldən 2 növ aminoasit var.