hesen

Cinsi zəiflik, infeksiyalar, erkən boşalma… barədə – ANDROLOQ-SEKSOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 101. 142

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

– Kişiləri ən çox hansı cinsi xəstəliklər narahat edir? 

– Kişiləri son dövrlərdə ən çox narahat edən problemlər cinsi yolla yoluxan infeksiyalardır. Cinsi zəiflik, erkən boşalma kimi problemlər də narahatlıq yaradan problemlər sırasında ilk yerlərdədir. Əgər kişi, oğlan heç bir cinsi infeksiyaya yoluxmayıbsa, daha çox şikayət etdiyi problem cinsi zəiflik və erkən boşalma olur. Bəzən bu problemlər psixogen mənşəli olur. Yəni alınmış psixoloji travmadan, özünəinamsızlıqdan qaynaqlanan sərtləşmə problemləri  və erkən boşalmadir.

– Evlilikdən öncə müayinə ilə bağlı streotiplərin qırılması problemini nə qədər həll edə bilmişik? 

– Evlilikdən öncə streotiplər daha çox şərq ölkələrinə xasdır. Cütlüklərin maariflənmə, təhsil səviyyəsi zəif olduğundan, həmçinin qarşılıqlı “hörmət” faktoru kimi hallarda, onlar problemlərlə üzləşirlər. Yəni toya hazırlaşan qız və oğlan bir-birindən çəkinir – onlar utanırlar bir-birilərinə deməyə ki, biz yaxın münasibətlərdən öncə tibbi müayinədən keçməliyik. Bu, nədən irəli gəlir? Bir-birinə inamsızlıqdan, problemlər çıxdıqda tərəflərin onları həll etmək gücündə olmamalarından və oxşar hisslərdən yaranır. Şərq ölkələrində, eləcə də Azərbaycanda bu məsələ həll olunmamış səviyyədə qalmaqdadır.

Cütlüklər nikaha daxil olmamışdan öncə tam müayinədən keçməlidir. Qərbdə, Avropanın aparıcı ölkələrində, Amerikadakı statistikalar göstərir ki, virusların sayı, dəyişkənlik növləri, yayılma sürəti artmaqdadır. Yəni cinsi yolla yoluxan xəstəliklər, genetik xəstəliklər, kişilərdə cinsi və seksual problemlər, qadınlarda psixoseksual problemlər, vaginizm kimi hallar gələcəkdə ailədəki problemlərə və onun dağılmasına gətirib çıxara bilir.

Ailə həkiminin, androloqun, seksoloqun, ginekoloqun konsultasiyası hər iki tərəf üçün olduqca vacibdir. Bundan başqa, bu, gələcəkdə doğulacaq uşağın sağlam doğulması, genetik problemlərinin olmaması üçün də vacibdir. Çünki bəzi önləyici, profilaktik tədbirlərlə bu problemlərin qarşısını almaq olar. Bəzi ailələrdə belə  bir fikir var ki, bizdə əgər qan uyğunsuzluğu və ya genetik uyğunsuzluq olsa, biz evlənə bilmərik. Əsla, belə deyil! Əgər bu problemlər varsa, tibb elmi artıq bu məsələni həll edib, qabaqlayıcı tədbirlər var, süni mayalanma üsulu var. Hamiləlik baş tutmamışdan öncə mayalanmış yumurta hüceyrənin geninin təyini məsələləri var. Sadəcə, qarşılıqlı güvən, etimad, dərin düşüncə olmalıdır ki, bu prosedurları keçsinlər. Tibbi müayinə qarşılıqlı münasibəti pozmamalıdır.

Təəssüf ki, biz bu stereotipləri aşa bilmirik, Bu gün bizim işimiz – həkimlərdən tutmuş jurnalistlərə qədər, müəllimlərə qədər – təbliğatı aparmaq lazımdır. Bu təbliğat elmi təbliğat olmamalıdır, kütləvi dildə olmalıdır.

– Hansı infeksiyalar evlilik öncəsi xüsusilə təhlükəlidir? 
– Bizdə əksər kişilər evliliyə qədər bir neçə dəfə təsadüfi cinsi əlaqədə olurlar. Bu gün də bu cür cinsi əlaqələrlə yayılan infeksiyalar sürətlə artmaqdadır. Bu infeksiyalar sırasında ureaplazma, mikoplazma, xlamidia kimi gizli gizli yaşayan hüceyrədaxili parazitlər, – hansı ki, hüceyrələrdə mübadilə proseslərini pozur, iltihaba yol açır. Bu da gələcəkdə sonsuzluğa, cinsi zəifliyə gətirib çıxara bilir.

Bundan başqa bir sıra infeksiyalar var ki, bəlirtiləri açıq şəkildə görünür. Trixomonada, qonorreya, xlamidioz kimi infeksiyalar uretrit, prostatit, vezikulit kimi xəstəliklərlə özünü daha tez göstərir.

Sadaladağımız infeksiyalar cinsi yolla yoluxub, сinsi orqanlarda fəsadlar törədən infeksiyalardır, ancaq digər orqanlarda da fəsadlara yol açan infeksiyalar da vardır ki, bunlar daha təhlükəlidir. Bunlar sistematik şəkildə, bütün orqanizmdə probelmlər yaradır. Bu infeksiyalara Hepatit B, Hepatit C,  Siflis və HİV (İnsan İmmun Çatışmazlığı) viruslarını aid etmək olar. Hepatitlər və HİV virus xəstəlikləridir, Siflis isə spiroxeta adlanan mikrobların törətdiyi xəstəlikdir. Mütləq hər bir kişi və qadın bu qan muayinəsi ilə 4 infeksiyadan müayinə olunmalıdır. Bundan əlavə, cinsi yoldan götürülən plazma – şirənin (yaxma) müayinəsi də yuxarıda adını çəkdiyimiz infeksiyaların olub-olmamasını da aşkarlamağa imkan verir.

Bəzən sual yaranır ki, bu qız uşağıdır, cinsi əlaqəyə girməyibsə, Hepatit B, C, siflis kimi infeksiyalar bunda ola bilməz – amma bu, heç də belə deyil. Bildiyimiz kimi, tibbi prosedurlar, mann ikür-pedikür əməliyyatları, diş müalicələri, bərbərlərdə prosedurlar qeyd etdiyimiz virusların yayılmasına real şərait yarada bilər. Odur ki, heç kim sığortalanmayıb, bu infeksiyalar həm cinsi, həm də parenteral yolla yoluxur – belə deyək, qan və selikli qişalardan alınan mayelərin hesabına da yoluxma ola bilər.

– 16-20 yaşlı yeniyetmə, gənc cinsi məsələlər, problemlər barədə haradan, hansı mənbələrədn məlumatlanmalıdır? 
– 16-20 yaşlarda cinsi yetişkənlik dövrü başa çatdıqdan sonra gəncin seksual tərbiyəsi məsələsində ciddi problemlər ortaya çıxır. Bu problemlər xüsusilə onunla bağlıdır ki, gəncdə müəyyən suallar yaranır və o, bu sualların cavabını ətrafındakı təcrübəsiz, yetərincə məlumatlı olmayan şəxslərin danışdıqlarından alır. Sonra bu şüuraltı informasiyalar qalır və gələcəkdə müəyyən p roblemlər yarada bilir. Məsələn, kişilərdə səhər ereksiyası olmalıdır – əgər 2 gün səhər ereksiyası olmursa, həmin şəxs narahatlıq keçirməyə başlayır. Qızlarda olan yanlış məlumat isə odur ki, toy gecəsi ilk əlaqə zamanı şiddətli ağrılar olur. Bu qorxunu qız şüuraltına salır və gələcəkdə bu proseduru həddindən artıq problemli keçirir, psixoemosional gərginlik yaranır. Ona görə də bu məlumatları insanlar bu sahədə təcrübəsi ola mütəxəssislərdən almalıdır. Həkimlər – ginekoloqlar, androloqlar, uroloqlar bu mənada kömək edə bilər. İkinci bir tərəfdən bu məlumatlandırma məktəblərdəki psixoloqlardan başlamalıdır. Səthi də olsa bu məlumatlandırma məktəbdən başlamalıdır. Nə vaxtsa alınmış yanlış informasiya sonrakı psixo-seksual problemin əsasına çevrilə bilər.

– İndi isə sizə oxucularımızın bəzi suallarını çatdırmaq istəyiri k. Məsələn, cinsi əlaqə zamanı orqazmdan öncə  kişinin sperma ifrazı nə qədər normaldır? 

– Orqazmdan öncə gələn mayeyə sperma demək olmaz. Çünki bu maye esas bulbouretral vəzilərin neyrogen və vazogen stimuliasiyasından yaranmış maye olub, Predeyakulyat adlanır. Predeyakulyat hər kişidə individual olaraq dəyişir. Bu bəzən az, bəzən də çox ola bilər. Bəzən də heç olmaya bilər.

– Erkən boşalma problemi hazırda kişilərin başlıca cinsi problemlərindən biridir. Problemin kökündə hansı səbəblər dayanır? Və nəhayət, bu halın aradan qaldırılması üçün hansı tədbirlər vacibdir? 
– Əgər partnyor qarşı tərəfin orqazma, boşalmaya çatmayana qədər boşalırsa bu erkən boşalma adlanır.
Boşalma (orqazm) cinsi aktın son həddi olub cinsi üzvlərin əzələlərinin ritmik yığılmaları ilə gedən bir prosesdir. Boşalma simpatik sinir sistemi ve merkezi sinir sistemi vasitəsi ilə yani beyinlə idarə olunur. əgər sinirlərdə, beyində, Psixoloji, və cinsi üzvlərdə hansısa xəstəliklər varsa bu erkən boşalmaya gətirib çixarır.
Bu proseslərə ayrılıqda toxunmaq istəyirəm:
– Əgər insanın beynində və sinirlərində hansısa degenerativ deyişiklik gedirsə və ya infeksion xəstəlik keçirilmişsə, nə vaxtsa sinir sistemi travması almişsa,
– Psixoloji olaraq hansısa mənfi emosiya almışdırsa, aşırı həyacanlanma vardırsa və bu həyacan sürəkli davam edirsə,
– Cinsi orqanlarda, prostatda və toxum kisəciklərində infeksiyali iltihab gedirsə bu erkən boşalmaya gətirib çixara bilər. Əsas da prostat vəzi durğunluğunda və iltihabında-Prostatitdə bu EB-ya daha çox rast gəlinir. Prostat vəzidə kollikul-toxum məməciyi deyilən bir üzv yerləşir, Kollikul sinirlərlə zəngindir və orqazmda mühüm rol oynayır. Kişi bu məməciyin iltihabında boşalmanı kontrol edə bilmir. Nəticədə uzun müddət erkən boşalma sorunu yaşayır.
– İlk əvvəl adətən qadın bu boşalmanın şıkayətçisi olur. Həyat yoldaşının erkən boşalmasından şıkayət edir. Bu ailədə, cütlüklərdə seksual problem yaradır, inamsızlıq, narazılıq meydana gətirir. Sonradan daha dərin poroblemlərə qadına və kişiyə daha seksual marağın azalmasına da gətirə bilir. Bildirmək istəyirəm ki, problemi olmayan qadının, xəstəliyi olmayan qadının orqazma çatma vaxtı 8-15 dəq dir. Bu göstərici az cox dəyişə bilər. Bu fonda kişilərin boşalma vaxtı da 5-15 dəq arası olması gərəkir. Bu na görə erkən boşalmanı bir nəçə dərəcəsini ayırd etmək olar:
1) Yüksək sürətli erkən boşalma, 2) kişi cinsi orqanı qadın cinsi orqanına girmədən boşalma 3) Orta sürətli erkən boşalma, 4) kişi cinsi orqanı qadın orqanına girəndən bir dəqiqə ərzində boşalma, 5) Erkən boşalma cinsi əlaqə başlayandan 5 dəqiqəyə qədər erkən boşalma

Erkən boşalmanı mualicə etmək üçün duzgün diaqnoz qoymaq lazımdır. Bunun üçün bəzi hormonal, fizioloji teslər, usm üsüllarından istifadə edirik. Diaqnozda ən dəqiq üsul həkimin məntiqi və intiusiyası olmalıdır. Həkim Xəstənin seksual psixoloji durumunu düzgün qiymətləndirməlidir.  Seksologuyada ən yaxşı muayinə həkimin sorğusu, anamnezidir.
Mən şəxsi metodum olaraq bu problemin mualicəsində xususi yanaşma tətbiq edirəm. 1-Mərkəzi Sinir sisteminə bərpaedici müalicə, 2-cinsi orqanların əzələ və sinir keçiriciliyini yaxşılaşdirilması, 3-cihazlarla mualicə. Nəticələrimiz yuksəkdir 85-95%.  Mualicədən sonra birinci əlaqədə 1 dəq-dən tez boşalma olan pasiyentlərimizdə, mualicədən sonra 7-15 dəq qədər uzanmışdır.

– Damar genişlənməsi hansı dərəcədə təhlükəlidir? 

– Xaya damarları və ya toxum ciyəsi venalarının genişlənməsidir bu xəstəlik. Və ya varikosele. Bu xəstəlik 1, 2, 3-cü dərəcəli olur. Ultrasəs müayinədə xaya damarlarının ölçüsü təxminən 2 mm-dən artıq olmur. Əgər bu müayinələr zamanı gücənmədə və ya adi halda damarların ölçüsü bundan artıq olarsa, bu damar genişlənməsi sayılır. Ümumiyyətlə, birinci dərəcəli damar genişlənməsi zamanı heç də həmişə əməliyyat ehtiyac olmur. Əgər xayalarda spermanın keyfiyəti, aktivliyi aşağı düşürsə və davamlı ağrılar zamanı əməliyyat tövsiyə olunur. Əgər ölçü gücənmə vaxtı böyüyürsə, bu, ciddi məsələ deyil. Birinci növbədə xayaların ultrasəs dopler müayinəsinə baxmaq lazımdır. Bu müayinədə xayalarda qanın axını, qanın geri axını, “valsava sınağı” deyilən test və damarların ölçüsü nəzərdən keçirilir. Ancaq bununla bərabər sperma analizi və həkimin müayinəsi də dəqiq informasiya toplamağa imkan verir. Adətən xayaların genişlənməsi sol xayada olur – bunun da anatomik səbəbi var: çünki sol xayanın venaları yuxarıda böyrək venası ilə perpendikulyar birləşir. Bu da həmin zonada təzyiqin çox olmasına gətirib çıxarır. Sol xayada damar genişlənməsinin səbəbi müxtəlif ola bilər: ağır fiziki yüklənmə, həzm sistemində, kiçik çanaqda durğunluq, cinsi funksiyaların pozulması ilə bağlı olaraq əmələ gələn durğunluq, anatomik və ya genetik olaraq damar genişlənməsinə olan meyillilik, uzun müddət vertikal vəziyyətdə durma və s.

– Damar genişlənməsinin hansı fəsadları ola bilər? 

– İlk növbədə, bu, sonsuzluğa səbəb ola bilər. İkinci fəsad xayalarda ağrı və xayaların aktivliyinin aşağı düşməsidir. Funksionallığın azalması testestoron hormonu ifrazının azalmasına da səbəb olur. Bu genişlənmənin psixoloji təsiri də olur.

– Sperma tərkibinin, faizinin aşağı olması halında hansı tədbirləri məsləhət görürsünüz? 

– Speramın keyfiyyətinin azalması həm də daxili vəziyyətdən xəbər verir. Sperma analizi zamanı sprmanın faizi, keyfiyyəti, 1 ml-də konsentrasiyası, sayı, irəli hərəkətliliyi və funksiyaların pozulması prostat vəzi, daxili kisəciklər, xayalar haqqında məlumat verir. Əgər problemlər uzunmüddətlidirsə, səbəblər müəyyən edilməli və müalicə aparılmalıdır. Əgər tutaq ki, problem xaya artımı ilə bağlıdırsa, xaya artımında iltihabi proseslər – adətən infoksion prosesdən sonra yaranır, bu halda həm infeksion prosesi, həm də iltihabi prosesin özünü həll etmək lazımdır.

Spermanın keyfiyyətini aşağı salan həm də toksik təsirlərdir. Spirtli içkilər, siqaret, qəlyandan istifadə də spermanın keyfiyyətinə toksiki təsir göstərir. Bundan başqa zərərli şəraitdə işləyən insanlarda da bu problem ola bilir – məsələn, malyar işləyən insanlara anilin boyaları spermatoksik təsir göstərir.
Elektromaqnit dalğalar, mobil telefonların verdiyi şüalar da spermanın keyfiyyətinə təsir edir.
Spermanın keyfiyyətinin yaxşılaşdırılması üçün özbaşına nələrsə etmək olmaz. Bütünlüklə bu prosedur həkim nəzarətində həyata keçirilməlidir. Sadəcə, yuxarıda sadaladığımız əks göstərişlərdən qaçmaq lazımdır.

 – Sidik ifrazı zamanı penisin ucundakı göynəmə nə ilə bağlı ola bilər? 

– Sidik ifrazı zamanı, ondan əvvəl və ya sonra kanalda qaşınma, göynəmə, yanma, qarışqa gəzmə hissi və ya şirə ifrazı, çirk ifrazı olarsa, bu, infeksiyalardan xəbər verir – Cinsi yolla yoluxan infeksiyalar. Sidik kanalında bu problem olursa, bu, iltihab xəstəliyidir – buna elmi ildə uretrit deyirlər, yəni uretranın iltihabı. Bu iltihaba infeksiyalar səbəb olur. Bu infeksiyalar hansılardır? Ureaplazma, mikoplazma, xlamidia, trxanamoda və qlanada infeksiyaları, eləcə də eşirixiya koli infeksiyası. Sonuncu həm də prostat əmələ gətirə bilir. Sidik ifrazı zamanı, yandırma, göynəmə yalnız iltihab əlaməti deyil, bu, həm dəprostat vəzi və toxum kisəciklərinin, vəzilərin problemləri i lə bağlı ola bilər. Əgər belə bir probelm varsa, xüsusi analizlərdən sonra səbəb aydınlaşdırılıb, ona görə müalicə aparılmalıdır.

– Orqazm zamanı xayanın birinin nisbətən sanki yuxarı qalxdığı hiss olunursa, bu, nəyin əlamətidir? 

– Cinsi əlaqədən sonra xayanın birinin və yaxud hər ikisinin yuxarı qalxması, yığılması və ya bu fonda ağrı hissi adətən həkim konsultasiyasını gərəkdir. Burda əsasən fizioloji və potoloji reflekslərdən söhbət gedə bilər. Fizioloji refleks  – buna kremaster refleks deyirlər, kremaster əzələ xayanı yuxarı qaldıran əzələdir bu. Orqazmdan sonra xayanın birinin yuxarı qalxması normaldır. Ümumiyyətlə, xayalardan birinin digərinə nisbətdə aşağı salanma ehtimalı var, bu norma haldır. Ancaq bütün hallarda yox
Sonda demək istəyirəm ki,  oxucularımız nəzərə alsınlar ki, cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır.

Söhbətləşdi: Vüsal

Gencaile.az




32 şərh “Cinsi zəiflik, infeksiyalar, erkən boşalma… barədə – ANDROLOQ-SEKSOLOQLA MÜSAHİBƏ

  1. ramin

    Mendede tez boshalma vardir

    seksoloq Həsən Səmədov nomresi hemde ishediyi yer lazimdir

    Cavabla
  2. Zaur

    Salam dokturun elaqe nomresi lazimdi mende xaya problemi var nece elaqe qura bilerem zehmet olmasa cavablandirin

    Cavabla
  3. Gənc Ailə Post author

    Hörmətli Zaur bəy,

    Doktor Həsən Səmədovun əlaqə nömrəsi budur: 050 – 3677517

    Klinikaya bu şərhin fotosunu təqdim edərək 10 faiz endirim əldə edə bilərsiniz.

    Təşəkkürlər!

    Cavabla
  4. sovqi

    Salam menim xayamda aqri olduqu ucun guclu ve meslehetli hekim arayiram ele hekim yeri bilen varsa mene desin

    Cavabla
  5. Etibar

    Salam sidik zamani penisin ucu hissesi yandirir bir cox vaxtir ki cinsi elaqedede olmamiwam bu hadisede 2 gundu beledi

    Cavabla
  6. Elvin

    Salam. Mende axitma var idi.mualice aldim indi yoxdu.ama qawinma qalib arada gelir gedir qawinma.gobeleye qarwi derman atdim kecdi getdi ama yene baslayibdi qasinma. Tekce qawinma var axitma yoxdu.neden olar ve buna qarwi derman ne atmaq olar?

    Cavabla
  7. Orxan

    Salam hardasa 1 hefde olarki oz ozune axitma olur mende bagislayin alt paltarindada leke olur hergun deyisrem ama 2 gun olarki leke olmur sadece qasinti var. sidik zamani penisin uc hissesinde yandirma yoxdur arada az maz olur ki yandirsin. Uzun muddetdiki kimlese olmamisam oz ozune olub bilmirsiz neden olar??

    Cavabla
  8. Qorxmaz

    menim xarice cixan spermamin,tezyiq sureti azalib,meselen evvel 4-5 sm qabaga ucurdusa,indi yanima duwur,yeniki uzaga getmir,bunun sebebi nedi?nese pis xestelik yoxduki?
    birdeki evvelki veziyyetine nece getire bilerem,qeyd edimki esgerlikden gelenden sonra bele oldu,evvelki kimi kefim uzaga getmir,ne meslehet gorerdiniz?

    Cavabla
  9. Hesen

    Salam aleykum hekim mende xayada agrilar olur bezen boyreklerde bezen ise qatanacaqlarda agrilar olur hal hazirda mualice aliram xeyri yoxdu .zeiflikde var

    Cavabla
  10. Simran

    Salam doxdur men hedinden artik icki icmiwem yanimda qadin olub isdemiwem .onu ama bacarmamiwam ondan sora cinsi isdeyim azalib ele bil evvelkine nisbeten23yaşim var .xaiw edirem meslehet veresiz indi yaxsiyam prosda ne meslehet gorursuz yani indi isdediyim vaxt uzur isdeyrem penisimi berkite bilirem bu cinsi zeyifliy sayilirmi

    Cavabla
  11. Mən

    Salam həkim. Əvvəlcədən cavabınız üçün təşəkkür edirəm. Sualım isə budur ki. Məndə erektil disfunksiya var. Dərmanlarla və Şüalanma ilə (7 seans) müalicə olunmuşam. Müalicədən qabaq göstəricilər 8,0 ilə 18,0 idi . Sonra 20,7 ilə 22,4 ə qədər qalxdı. 20 yaşım var. Hormon analizinin göstəricisi HR73 Testo >6,16 və HR74 FTesto>16,9 dur . Sidik analizi , böyrək , prostatin olculəri normaldır. Penisdə əyrilik var azca . Masturbasiya zamanı sidiyə çıxıram.Aktin ortasında. Sualım isə budur ki, sidik problemini necə yox etmək olar . Və ultrasəsin göstəriciləri necə olmalıdır azdırsa artırmaq olarmı( penisin ultrasəs 20 və 22 olan). Həkim əvvəldən demişdi ki 35 dən yuxarı olmalıdır.

    Cavabla
  12. seyran

    salam həkim mene necə köməklik edə bilərsiz ki, mənim 29 yaşım var bu il 30 olacaq tez boşalıram yenidən aktiv olmağım bir az zaman alır 2-5 dəqiqə sekslə məşğul olankimi boşalıram bunun müalicəsi neqeder olar mən necə özümü əvvəlki kimi edə bilərəm cavab yazmaqdan əvvəl təşəkkür edirəm.

    Cavabla
  13. Tim

    salam men 1 ildiki rasiyada olurdum her ayda 6-7 defe seksle meşğul olurdum indi gelmişem rayondayam ve mende her 1 günden bir oz ozume boşalma olur ama az.miqdarda hansıdermanlardan isdifade etmek lazımdır ki evvelki veziyütime qayıdım

    Cavabla
  14. Yusuf

    salam cinsi orqanin ucunda cirke oxsayan damci yaranir ve sidiye geçerken yangi verir ezelelerim agriyir halsizlik yaranib bu haqqda kimin anlayışı varsa yazsın xais watsapda 0519585655

    Cavabla
  15. Yusuf

    Bakidan yaziram diz ayag el ezelelerim agriyir halısı olam mene sidiye gedende yandirir ve tez bosaliram mene tanıdığınız doxtur nomresi yazın xais

    Cavabla
  16. Mircavad

    Salam . (Doxdur mən hər an sidiye gedəndə bəzi vaxtlar göynemə.baş verir .səbəb bilməy olar )doxdur .

    Cavabla
  17. Elsever

    Salam hekim men 2 gun dalbadal qizla yatdim indi sertlesme problemi hiss edirem. Bu neden ola biler?

    Cavabla
  18. Aynure

    Salam sizi rahasiz edirem niye bu xesteliy cavanlasib bezen elel olurki baxirsan vucudlu biri cinsi eleqede olarken orqani qalxmaqdan bosalma bas verir en coxda idmanla mesqul olanlarin basina gelir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir